...

Gürcüstanın xarici işlər naziri Litvaya səfər edib

Siyasət Materials 18 May 2010 14:12 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu gün Litvaya rəsmi səfərə yola düşüb.
Gürcüstanın xarici işlər naziri Litvaya səfər edib

Gürcüstan, Tbilisi, 18 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu gün Litvaya rəsmi səfərə yola düşüb.

Trendə Gürcüstan XİN-dən verilən məlumata görə, nazir səfər çərçivəsində Litva Prezidenti Daliya Qribauskayte, litvalı həmkarı Audronius Ajubalis, Litva Seyminin sədri İrena Dequtene və digər hökumət nümayəndələri ilə görüşəcək.

"Səfər çərçivəsində "Vilnüsün 10 qrupu" və "Yeni dostlar qrupu"nun nümayəndələrinin görüşü planlaşdırılıb", - nazirlikdən məlumat verilib.

Qriqol Vaşadzenin Litvaya səfəri mayın 20-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti