...

Azərbaycan Parlamentinin komitə sədri Bolqarıstana, deputatı ABŞ-a səfər edəcək

Siyasət Materials 19 May 2010 17:56 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitə sədri Bolqarıstanda keçiriləcək konfransda iştirak etmək üçün mayın 20-dən 22-dək bu ölkədə səfərdə olacaq.
Azərbaycan Parlamentinin komitə sədri Bolqarıstana, deputatı ABŞ-a səfər edəcək

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri Bolqarıstanda keçiriləcək konfransda iştirak etmək üçün mayın 20-dən 22-dək bu ölkədə səfərdə olacaq.

"Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Avropa İttifaqının "Şərq siyasəti, yeni imkanlar, yeni öhdəliklər" mövzusunda təşkil etdiyi konfransda iştirak edəcək", - çərşənbə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün mayın 19-dan 24-dək ABŞ-ın Nyu-York, mayın 24-dən 27-dək isə Kanadanın Ottava şəhərlərinə səfər edəcək.

Rüstəmxanlı Nyu-York-da "Türkçülük yürüşü" adlı toplantıya qatılacaq və Kanada Parlamentində, Xarici İşlər Nazirliyində, bu ölkədəki Azərbaycan diaspor təşkilatlarında görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti