Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan ərazisində sel sularının axını nəticəsində 20 ədəd mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə çərşənbə günü Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən bildiriblər.
Tərtər rayonunun Hüsənli kəndindən keçən Xaçın çayının sahilində üç tank əleyhinə mina tapılıb ki, bunlardan biri rayon ərazisində ilk dəfə rast gəlinən üst-üstə qoyulmuş və tələ məqsədilə hazırlanmış tank əleyhinə minadır. Ümumilikdə isə Xaçın çayında sel sularının axını nəticəsində 20 ədəd mina aşkar edilərək zərərsizləşdirilib.
Agentlik tərəfindən xüsusi növbətçi qruplar yaradılıb və ərazi nəzarətə götürülüb.
Hazırda bu cür halların qarşısının alınması məqsədilə mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə düzgün davranış qaydalarının təbliği və onlara qarşı əhalinin ayıq-sayıqlığını artırmaq məqsədilə Agentlik tərəfindən əhalinin maarifləndirilməsi üzrə işlər aparılır.