...

Türkiyə ilə münasibətlərin koordinasiya olunmaması Azərbaycanla münasibətlərdə gərginlik yarada bilər - Mübariz Əhmədoğlu

Siyasət Materials 3 İyun 2010 13:10 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyə ilə münasibətlərin koordinasiya olunmaması Azərbaycanla münasibətlərdə gərginlik yarada bilər - Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı politoloq hesab edir ki, Türkiyə ilə münasibətlərin koordinasiya olunmaması Türkiyə - Azərbaycan münasibətlərində təhlükəli və genişmiqyaslı gərginlik yarada bilər.

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Əhmədoğlunun sözlərinə görə, münasibətlərin koordinasiyası müasir dövrdə ən ciddi iş kimi qəbul edilməlidir.

"Bu koordinasiyanın elmi, informativ, siyasi əsasları işlənib-hazırlanmalıdır. Bunlarla yanaşı, hər iki ölkənin dövlət qurumlarının birinin nəzdində (məsələn, XİN) təşkilati strukturların yaradılması vacibdir", - Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Türkiyə Ermənistan istiqamətində "lal diplomatiya" həyata keçirir.

"Əgər bu gün Türkiyə "lal diplomatiya" vasitəsilə Ermənistanda iqtisadiyyatı gücləndirirsə, demək, Azərbaycan Türkiyə - Ermənistan protokolları ilə bağlı son məqsədinə nail olmayıb. Bu gün Ermənistan və Türkiyənin əyalət səviyyəsində iş adamları arasında başlayan dialoq qısa müddətdə Ermənistanın Türkiyəyə elektrik enerjisi satması ilə nəticələnə bilər. Ona görə də Türkiyə - Azərbaycan münasibətlərinin koordinasiyası işinə ən ciddi yanaşmağı vacib hesab edirik", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti