...

Ermənistanın mövqeləri gündən-günə zəifləyir – Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 5 İyun 2010 17:22 (UTC +04:00)
Ermənistan öz siyasətində zəifliyi hiss edir və zəifləyir. Bu reallıqdır. Trend-in məlumatına görə bu barədə şənbə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin Rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə əvvəllər ermənilər bəzi məsələlərdə hətta aktivlik də göstərirdilər. Ona görə ki, arxalarında güc hiss edirdilər.
Ermənistanın mövqeləri gündən-günə zəifləyir – Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir T.Hacıyev/

Ermənistan öz siyasətində zəifliyi hiss edir və zəifləyir. Bu reallıqdır. Trend-in məlumatına görə bu barədə şənbə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin Rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə əvvəllər ermənilər bəzi məsələlərdə hətta aktivlik də göstərirdilər. Ona görə ki, arxalarında güc hiss edirdilər.

"Indi Ermənistanın arxasında duran güclər də qeyri-obyektiv mövqeyi müdafiə etməyin mümkün olmadığını başa düşürlər." - Seyidov əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı  mövqeyi günbəgün yüksəlir. BMT-nin, Avropa Şurasının və Avropa parlamentinin Qarabağla bağlı sənədlərinə qarşı müzakirə etmək arqumentləri Ermənistanın əlindən çıxır. Onlara yalnız müzakirələrdə iştirak etməmək və müzakirələrdən qaçmaq qalır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

"Müzakirələrdən qaçmaq, reallığı Avropa Şurası (AŞ) deputatlarından, ümumilikdə ictimaiyyətdən gizlətmək gücün yox, zəifliyin əlamətidir. Bizim siyasətimiz isə bütün Avropa deputatlarına real həqiqətləri çatdıraqdır." - Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti