...

Türk xalqı özünün zəngin keçmişini hazırkı dövrə transformasiya etməlidir – türk diplomatı

Siyasət Materials 11 İyun 2010 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Ü.Sadıxova/

Türk xalqı haqlı olaraq özünün zəngin keçmişi və əsil-nəcabəti ilə fəxr edir. Lakin bütün bunlar müasir cəmiyyət modelinin formalaşdırılmasına transformasiya edilməlidir. Bu barədə Türkiyənin Azərbaycandakı səfirinin təhsil məsələləri üzrə müşaviri Xalis Qoyunçuoğlu "Türk dövlətçiliyi tarixində rəhbərlərin rolu" mövzusunda Türkiyə ali məktəb məzunlarının və Azərbaycanın "Yeni nəsil" Gənclər İctimai Birliyinin təşkil etdiyi konfransda bildirib.

Konfrans qarşıdan gələn Milli Qurtuluş Gününə həsr edilib.

"Biz əsil-nəcabətimiz və keçmişimizlə fəxr etməliyik, lakin bu, kifayət deyil. Biz bu böyük mirasdan istifadə etməliyik. Türk xalqı özünü dünyaya tanıtmalıdır", - Qoyunçuoğlu bildirib.

Qoyunçuoğlu türk dövlətçiliyi tarixində rəhbərlərdən danışararaq qeyd edib ki, Heydər Əliyev, Mustafa Kamal Atatürk və Orxan Qazi kimi şəxsiyyətlər Allahın türk xalqlarına bəxş etdiyi seçilmiş insanlardır.

"Müstəqilliyə, eyni zamanda, birliyə göstərilən cəhdlər türk xalqlarının damarlarında axır. Hətta indi, böhranın bütün dünyanı ağuşuna aldığı bir vaxtda bizim ölkələr hamıdan az zərər çəkiblər. Çünki bir-birinə yardım əlini uzadıblar", - müşavir əlavə edib.

Qoyunçuoğlu onu da qeyd edib ki, türk xalqları Fələstin xalqının timsalında ədalətsizlik və qırğından əziyyət çəkən digər xalqlara da yardım əllərini uzadırlar.

Xəbər lenti

Xəbər lenti