...

Azərbaycanda havaların isti keçməsi ilə bağlı hərbi hissələrdə xüsusi rejim elan edilib - Müdafiə Nazirliyi

Siyasət Materials 15 İyun 2010 16:30 (UTC +04:00)
Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib. Bu barədə çərşənbə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Azərbaycanda havaların isti keçməsi ilə bağlı hərbi hissələrdə xüsusi rejim elan edilib - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib. Bu barədə çərşənbə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

"Hərbi hissələrdə əsgərlər isti hava şəraiti ilə əlaqədar saat 11:00-dan 17:00-dək kazarma şəraitində saxlanılır. Bununla bağlı artıq Müdafiə Nazirliyində müvafiq əmr imzalanıb", - Sabiroğlu deyib.

Onun sözlərinə görə, məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, ilk növbədə, günvurmadan qorumaqdır.

Son həftə ərzində Azərbaycan ərazisində havanın hərarəti yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, iyunun 16-da Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 39 dərəcəyə qalxacaq.

Xəbər lenti

Xəbər lenti