...

Azərbaycanın müdafiə naziri NATO Baş katibinin xüsusi nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Siyasət Materials 16 İyun 2010 12:08 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyunun 16-da müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simonsu qəbul edib.
Azərbaycanın müdafiə naziri  NATO Baş katibinin xüsusi nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri NATO baş katibinin xüsusi nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyunun 16-da müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simonsu qəbul edib.

Görüşdə Azərbaycan - NATO əməkdaşlığı, regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb.

1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Bu sənəd qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edir. Hazırda Azərbaycan bu proqrama uyğun olaraq onun üzərinə düşən 50-yə yaxın tərəfdaş vəzifəsini yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə NATO arasında fərdi əməkdaşlığa dair fəaliyyət planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Hazırda əməkdaşlıq planın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti