...

Azərbaycan və Kanada parlamentariləri əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər

Siyasət Materials 17 İyun 2010 18:44 (UTC +04:00)
Azərbaycan və Kanada parlamentariləri əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycan və Kanada parlamentariləri əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycan və Kanada parlamentariləri əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan kanadalı həmkarları Monte Kvinter və Reza Moridi ilə görüşüblər. Bu barədə Demokratik İslahatlar Partiyasının məlumatında deyilir.

Görüşdə Azərbaycan-Kanada münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi, erməni təcavüzünün yaratdığı problemlərin aradan qaldırılmasında qarşıya çıxan çətinliklər və regional məsələlər müzakirə olunub.

Deputatlar qonaqlara Qarabağ probleminin sülh yolu ilə həllinə ermənilərin törətdiyi əngəllər, qaçqın və məcburi köçkünlərin vəziyyəti, münaqişənin regionda sülh və təhlükəsizliyə mane olduğu barədə məlumat veriblər.

Eyni zamanda, kanadalı parlamentarilər Azərbaycanın inkişaf strategiyası, ölkənin regional enerji siyasətində tutduğu mövqe barədə məlumat əldə ediblər. Qonaqlar qeyd ediblər ki, onlar Azərbaycanın problemləri ilə tanışdırlar və ölkənin inkişaf strategiyasını təqdir edirlər.

Görüşdə Azərbaycanla Kanada arasında əlaqələrin inkişafı, iki ölkə arasında elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ticarət və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev də iştirak edib

Xəbər lenti

Xəbər lenti