...

NATO Azərbaycanın fərdi tərəfdaşlıq planının gerçəkləşdirilməsini yüksək qiymətləndirir - Nikolaye Ureke

Siyasət Materials 18 İyun 2010 12:59 (UTC +04:00)

Аzərbaycan, Bakı, 18 iyun /Trend, müxbir М.Əliyev/

NATO missiyası Azərbaycanın fərdi tərəfdaşlıq planının gerçəkləşdirilməsini yüksək qiymətləndirir, - bu barədə cümə günü Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke "NATO və Azərbaycan arasında tərəfdaşlığın perspektivləri: Azərbaycan ictimaiyyətinin gözləntiləri" mövzusunda Bakıda keçirilən konfransda bildirib.

"NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsun rəhbərlik etdiyi planın gerçəkləşdirilməsinə qiymət verilməsi üzrə missiya dünən öz işini başa çatdırıb",  - Rumıniya səfiri deyib.

"Hal-hazırda planın üçüncü mərhələsi üzrə müzakirələr aparılır", - diplomat bildirib.

Azərbaycanla NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində qoyulub. Azərbaycan bu proqramın ilk iştirakçıları sırasında ATƏT-ə üzv 27ölkədən biri olub.

1996-cı ilin aprel ayında qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Hal-hazırda bu proqrama uyğun olaraq, Azərbaycan ona həvalə olunmuş 50 tərəfdaşlıq tapşırığını yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının təsdiq olunması haqqında" fərman imzalayıb.

Xəbər lenti

Xəbər lenti