Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K. Zərbalıyeva/
Bakı polisi İran vətəndaşının evindən silah-sursat aşkar edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, İran vətəndaşı Şahicəfərli Davud Ali oğlunun evinə baxış zamanı 1 ədəd "TT" markalı tapança, 5 ədəd güllə, 1 ədəd güllə darağı, 13 600 dollar pul, 28 ədəd möhür, 1 ədəd istifadə olunmamış doğum haqqında şəhadətnamə, 1 ədəd əmək kitabçası, 5 ədəd mobil telefon, disk və kasetlər aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.