...

AŞ PA Azərbaycanda Parlament seçkilərini müşahidə etmək üçün 30 nəfərlik missiya göndərəcək

Siyasət Materials 21 İyun 2010 15:05 (UTC +04:00)

Fransa, Strasburq, 21 iyun /Trend, müxbir A. Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) bürosunun bazar ertəsi keçirdiyi iclasında Azərbaycanda olacaq növbəti Parlament seçkilərini müşahidə etmək üçün missiya gondərməsinə qərar verib, - Trend-in məlumatına görə, bu fikirləri AŞ PA sədri Mövlud Çavuşoğlu qurumun yay sessiyası çərçivəsində bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

"Biz Azərbaycan hökumətindən növbəti Parlament seçkilərini müşahidə etmək üçün dəvət məktubu almışıq. Bu gün büronuin iclasında Azərbaycana seçkini müşahidə etmək üçün 30 nəfərlik müşahidə missiyasının göndərilməsi qərara alınıb. Bununla bağlı seçkiləri müşahidə edəcək komissiya yaradılacaq. Bundan əlavə, beş nəfərdən ibarət seçkiöncəsi müşahidə missiyası yaradılacaq və bu missiya seçkidən bir ay əvvəl ölkəyə səfər edəcək. Azərbaycanın quruma üzvlüyünün 10 illiiyinin əlamətdar qeyd edilməsi növbəti Parlament seçkilərinin ədalətli, şəffaf və demokratik keçirilməsi olardı", - AŞ PA sədri qeyd edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabrın ilk həftəsində keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti