...

Azərbaycanın peşəkar dövlət qulluqçuları ordusu formalaşıb - Əli Həsənov

Siyasət Materials 23 İyun 2010 12:04 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması istiqamətində mühüm tədbirlər həyata keçirilir, - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Azərbaycanın peşəkar dövlət qulluqçuları ordusu formalaşıb - Əli Həsənov

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması istiqamətində mühüm tədbirlər həyata keçirilir, - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Azərbaycanda 2001-ci ildən dövlət qulluğu sisteminə keçid mərhələsi başlayıb. Bu gün Azərbaycanın peşəkar dövlət qulluqçuları ordusu formalaşıb. Hazırda respublikada, bir tərəfdən, dövlət qulluqu sisteminin formalaşması, digər tərəfdən, dövlət qulluğunda çalışacaq kadrların hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirilir", - Həsənov deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə iyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edilib.

Həsənov deyib ki, dövlət qulluğu sistemində çalışan insanların təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti həyata keçirilir.

"Gənc nəslin yetişdirilməsi, dövlət qulluğunda çalışanların peşəkarlığının artırılması, onların, Azərbaycan cəmiyyətinin tələblərinə cavab verən səviyyəyə gətirilməsi bütün görülən siyasətin əsas istiqamətləri hesab olunur", - PA rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti