...

Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" beynəlxalq elmi konfransı qətnamənin qəbulu ilə başa çatıb

Siyasət Materials 30 İyun 2010 17:20 (UTC +04:00)
Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" adlı beynəlxalq elmi konfrans çərşənbə günü qətnamənin qəbulu ilə başa çatıb.
Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" beynəlxalq elmi konfransı qətnamənin qəbulu ilə başa çatıb

Аzərbaycan, Bakı, 30 iyun /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" adlı beynəlxalq elmi konfrans çərşənbə günü qətnamənin qəbulu ilə başa çatıb.

Hazırkı ikigünlük konfrans 2009-cu il iyunun 15-16-da Heydər Əliyev Fondunun Moskva Nümayəndəliyinin dəstəyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun səyləri ilə Moskvada keçirilmiş "Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri" (ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş) beynəlxalq konfransının davamı hesab olunurdu.

Elmi-fəlsəfi tədqiqatların nəzərdən keçirildiyi forumda AMEA və REA-nın Fəlsəfə institutlarının məşhur alimləri "Beynəlxalq elmi əməkdaşlığın bir çox problemləri və Azərbaycanda ictimai elmin inkişaf yolları", "Mədəniyyət, sivilizasiya, qloballaşma. Heydər Əliyev - insan və siyasətçi", "Demokratiya, kütləvi mühit və bir daha tarixdə şəxsiyyətlərin rolu", "Qloballaşma şəraitində qarşılıqlı təfəkkür mədəniyyəti əlaqələri", "Sivilizasiya dəyişikliyi dövründə yeni nəslin formalaşması və estetik tərbiyə problemləri" və "Müasir Azərbaycanda vətəndaş mədəniyyəti və dəyərləri" mövzularında məruzələrlə çıxış ediblər.

Bakıda keçirilən konfransda əsas etibarilə REA Fəlsəfə İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Rusiya Prezidenti yanında Maliyyə Akademiyasından olmaqla 20-yə yaxın rus filosofu, o cümlədən akademik Əbdüsalam Hüseynov, fəlsəfə elmləri doktorları, professorlar Aleksandr Çumakov, İqor Liseyev, tarix elmləri doktoru, professor Georgi Alekseyev (MDU), Dağıstan, Türkmənistan və digər ölkələrdən filosoflar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti