...

ATƏT-in münaqişələrin nizamlanması üzrə istifadə etdiyi üsulların təftişini keçirmək lazımdır – təşkilatın sədri

Siyasət Materials 3 İyul 2010 15:53 (UTC +04:00)
ATƏT-in vəzifələrindən biri, münaqişələrin nizamlanması üzrə əvvəlcədən xəbərdarlığın edilməsi, qarşısının alınması və münaqişədən sonrakı bəraətlərin verilməsi və təşkilatın son vaxtlar əldə etdiyi təcrübələr, ATƏT-in əsas beynəlxalq təyinatının yerinə yetirilməsi üçün istifadə olunan üsullarla bağlı tezliklə təftişin keçirilməsinin zəruriliyini aşkar etdi. Bu barədə Trendə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi – xarici işlər naziri Kanat Saudabayev deyib.
ATƏT-in münaqişələrin nizamlanması üzrə istifadə etdiyi üsulların təftişini keçirmək lazımdır – təşkilatın sədri

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir V.Javoronkova/

ATƏT-in vəzifələrindən biri, münaqişələrin nizamlanması üzrə əvvəlcədən xəbərdarlığın edilməsi, qarşısının alınması və münaqişədən sonrakı bəraətlərin verilməsi və təşkilatın son vaxtlar əldə etdiyi təcrübələr, ATƏT-in əsas beynəlxalq təyinatının yerinə yetirilməsi üçün istifadə olunan üsullarla bağlı tezliklə təftişin keçirilməsinin zəruriliyini aşkar etdi. Bu barədə Trendə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev deyib.

"Lakin təəssüf ki, gördüyümüz kimi, ATƏT hərdən istədiyi nəticələri əldə edə bilmir, belə ki, təşkilat BMT-dən fərqli olaraq hadisələrə üsullarla (hərbi kontingentin yerləşdirilməsi, sanksiyaların tətbiq edilməsi) təsir etmək imkanından məhrum olan məşvərətçi orqandır. Bildiyiniz kimi, ATƏT-in bütün qərarları konsensus əsasında qəbul edilir və belə yanaşma münqişəli vəziyyətlərin operativ həllini uzun prosesə çevirərək xeyli çətinləşdirir", - nazir qeyd edib.

Qırğızıstanın cənubunda yerləşən Oş şəhərində iğtişaşların yeni dalğası iyunun 11-nə keçən gecə orada yaşayan qırğız və özbəklər arasında silahlı toqquşmalar nəticəsində başlayıb. Respublikanın müvəqqəti hökuməti şəhərdə, Oş vilayətinin bəzi rayonlarında və Cəlalabad vilayətinin Cəlalabad və Suzak rayonlarında fövqəladə vəziyyət elan edib. Toqquşmalarda ölənlərin sayı rəsmi məlumatlara görə 200 nəfəri ötüb. Bu müddət ərzində Qırğızıstanın cənub vilayətindən olan 75 min etnik özbək Özbəkistan sərhədini keçiblər.

Nazirin sözlərinə görə, Cənubi Qafqazdakı 2008-ci il böhranı münaqişələrin dondurulması və genişlənməsinin real təhlükəsini göstərdi. ATƏT-in münaqişələrin xəbərdar edilməsində və qarşısının alınmasındakı potensialı isə şübhə altına alındı.

"Bununla bağlı ATƏT-də böhranların qarşısının alınması üzrə mexanizmin yaradılması və ATƏT-in mümkün böhranlı vəziyyətlərə geniş alət və kanal spektrinə malik olmasına dair müzakirələr geniş xarakter alıb. Münqişələrin xəbərdar edilməsi mexanizminin işlənib hazırlanmasında vahid standart və prinsiplər tətbiq olunur", - nazir bildirib.

Saudabayevin sözlərinə görə, münaqişələrin əvvəlcədən bilinməsi ilə bağlı başlıca vasitə, maraqlı tərəflərin məsləhtləşməsi, iştirakçı dövlətləri narahat edən bütün məsələlər üzrə açıq fikir mübadiləsinin aparılmasıdır.

Nazir Qırğızıstan məsələsinə toxunaraq qeyd edib ki, hazırda ölkənin sosial-iqtisadi və konstitusiya qruluşunun bərpası məqsədilə maraqlı təşkilatların əlaqələndirici səylərinə başlıca diqqət yetirilir. Xüsusilə də, Qırğızıstan üzrə yüksək səviyyəli xüsusi beynəlxalq donor konfransının keçirilməsi ideyasını bəyənirik. Qırğızıstan tərəfinin müraciət edəcəyi təqdirdə, Qazaxıstan BMT və ATƏT -in himayəsi altında Almatıda belə forumun keçirilməsini təklif etməyə hazırdır.

Saudabayevin sözlərinə görə, Qırğızıstan Respublikasının uzunmüddətli sabitliyi və davamlı siyasi inkişafı ölkənin iqtisadi inkişaf strategiyası üzrə proqram işlənib hazırlanmasa, mümkün olmayacaq. "Qonşu ölkənin yeraltı sərvətləri qızıl, gümüş, mis və digər resurslarla zəngindir. Dağ çaylarının və turizm sahəsinin potensialı böyükdür. Qazaxıstan belə iqtisadi strategiyanın hazırlanmasında və praktiki həyata keçirilməsində kömək etməyə hazırdır", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti