...

ABŞ dövlət katibinin Gürcüstana saat 10:00-da gəlməsi gözlənilir

Siyasət Materials 5 İyul 2010 10:36 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klintonun Gürcüstana saat 10:00-da gəlməsi gözlənilir. O, Tbilisiyə Yerevandan gələcək.
ABŞ dövlət katibinin Gürcüstana saat 10:00-da gəlməsi gözlənilir

Gürcüstan, Tbilisi, 5 iyul /Trend, müxbir N.Kirsxaliya/

ABŞ dövlət katibi Hillari Klintonun Gürcüstana saat 10:00-da gəlməsi gözlənilir. O, Tbilisiyə Yerevandan gələcək.

ABŞ Səfirliyinin məlumatına görə, Klinton ilk görüşünü saat 10:30-da milli kitabxanada qadın-liderlərlə keçirəcək. Klinton sonradan mühazirə ilə çıxış edəcək və iştirakçıların suallarına cavab verəcək.

ABŞ dövlət katibi qadın liderlərlə görüşünü bitirdikdən sonra, saat 14:00-da Gürcüstan Prezidentinin administrasiyasına baş çəkəcək və Prezident Mixail Saakaşvili ilə görüşəcək.

Xanım Klinton saat 14:45-də "Tbilisi Meriott" otelində müxalifət nümayəndələri ilə görüşəcək.

ABŞ dövlət katibi Gürcüstanı bu gün saat 16:00-da tərk edəcək.

Hillari Klinton iyulun 1-dən etibarən, Ukrayna, Polşa və Cənubi Qafqaz ölkələrinə etdiyi turneni bu səfərlə başa vuracaq.

Xəbər lenti

Xəbər lenti