...

Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş müsabiqə yekunlaşıb (FOTO)

Siyasət Materials 6 İyul 2010 11:58 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş "FENOMEN" adlı müsabiqə yekunlaşıb.
Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş müsabiqə yekunlaşıb (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş "FENOMEN" adlı müsabiqə yekunlaşıb.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) prezidenti Gülsel Səfərovanın çərşənbə axşamı Trend-ə verdiyi məlumata görə, "FENOMEN" adlı müsabiqə AGAT, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

"Müsabiqə bir ay öncə başlayıb. Müsabiqədə Azərbaycanda yaşayan müxtəlif xalqların icmaları iştirak ediblər. Müsabiqənin yekunu olaraq 4 nəfər hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, 4 icmaya da müsabiqədə fəal iştirak etdiyinə görə hədiyyələr təqdim ediblər", - Səfərova əlavə edib.

Xəbər lenti

Xəbər lenti