...

Azərbaycanın müxalif "Azadlıq" bloku daxilində yaranmış vəziyyət seçki məsələsini arxa plana salıb - partiya sədri Əli Əliyev

Siyasət Materials 6 İyul 2010 17:33 (UTC +04:00)
Azərbaycanın müxalif "Azadlıq" bloku daxilində yaranmış vəziyyət seçki məsələsini arxa plana salıb. Bu barədə Trend-ə "Azadlıq" blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Azərbaycanın müxalif "Azadlıq" bloku daxilində yaranmış vəziyyət seçki məsələsini arxa plana salıb - partiya sədri Əli Əliyev

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif "Azadlıq" bloku daxilində yaranmış vəziyyət seçki məsələsini arxa plana salıb. Bu barədə Trend-ə "Azadlıq" blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

"Son günlər Azadlıq blokunun öz daxilində yaranmış vəziyyət yaradacağımız seçki bloku məsələsini arxa plana keçirib", - Əliyev əlavə edib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Partiya sədri bildirib ki, "Azadlıq" blokunun rəqibləri tərəfindən bloka qarşı kampaniya başladılıb.

"Azadlıq" blokunun nüfuzu da, cəmiyyətdə tutduğu yer də onun rəqiblərini narahat etməyə bilməz. Həmin siyasi çevrələrin nəzarətində olan mətbuat uzun müddətdir ki, blokun daxilində baş verənlər barədə şişirdilmiş məlumat yayırlar. Çalışırlar ki, "Azadlıq" blokunu sıradan çıxarsınlar, onun daxilində olan təşkilatlar arasında münasibətləri gərginləşdirsinlər", - Əliyev bildirib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

"Bu gün müzakirə olunan fikir müxtəlifliyi barədə yazılanlar müəyyən əsaslara da malikdir. Bu əsasların müəyyən bir qismi mətbuata sızıb, mətbuatda işıq üzü görüb. Bu günə qədər blokun daxilində baş verən məsələlərlə bağlı mətbuata sızan informasiyalar mənə elə gəlir ki, yetərlidir ki, qənaət hasil olsun", - partiya sədri deyib.

Son dövrlər müxalifətyönlü qəzetlərdə "Azadlıq" bloku daxilində fikir müxtəlifliyi olduğu və blokun dağılacağı ehtimallarının artdığı barədə xəbərlər yer alıb.

Xəbər lenti

Xəbər lenti