...

Klintonun Gürcüstanın xeyrinə dediyi "yenidən yüklənmə" sözü maneə deyil - Trend icmalçısı

Siyasət Materials 9 İyul 2010 09:00 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klintonun iyulun 5-də Gürcüstana səfəri zamanı Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğalı barədə bəyanatı Moskvada kəskin reaksiyaya səbəb olub.
Klintonun Gürcüstanın xeyrinə dediyi "yenidən yüklənmə" sözü maneə deyil - Trend icmalçısı

Elmira Tarıverdiyeva, Trend-in Avropa redaksiyasının icmalçısı

ABŞ dövlət katibi Hillari Klintonun iyulun 5-də Gürcüstana səfəri zamanı Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğalı barədə bəyanatı Moskvada kəskin reaksiyaya səbəb olub.

Gürcüstan Prezidenti Mixail Saakaşvili ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi tərəfindən ölkəsinin suverenliyinin dəstəklənməsini eşitməyə şad olub. Moskva dərhal ölkəsinin Xarici İşlər Nazirliyinin "dövlət katibi Klintonun bəyanatı heç bir əsasa malik deyil" bəyanatında buna aydınlıq gətirib, belə ki, Rusiya hərbçiləri Abxaziya və Cənubi Osetiya, daha doğrusu, Moskvanın gürcü torpaqları hesab etmədiyi ərazilərdə yerləşir.

Rusiyanın bu bəyanatdan qıcıqlanması təbii haldır - "işğalçılıq" istənilən ölkə üçün ən xoşagəlməz termindir.

Bütün bunlar əlbəttə ki, xoşagəlməzdir, lakin dövlət katibinin Gürcüstanda verdiyi bəyanat Vaşinqton və Moskva münasibətlərinin qısamüddətli perspektivinə təsir etməyəcək. ABŞ-ın hazırkı administrasiyası Rusiya ilə yeni münasibətlərə o qədər aludə olub ki, postsovet ölkələrinə olan şəxsi maraqlarını praktiki olaraq kənarlaşdırıb. Prezident Medvedevin Vaşinqtona səfəri zamanı Prezident Obama Rusiya ilə münasibətlərin "yenidən yüklənmə"sinin onun administrasiyasının nail olduğu başlıca xarici siyasət uğurlarından biri olduğunu dəfələrlə təkrarladı.

Bundan başqa, Nobel mükafatı alan Obama ÜTT-də Rusiyanı yaxşı tövsiyyələrlə dəstəkləməyə və Obama administrasiyasının Rusiyaya etdiyi güzəştlərə qarşı çıxan Respublika Partiyasının narazılıqlarına baxmayaraq, Moskva ilə yeni SHS müqaviləsini ratifikasiya etməyə hazırdır.

Düzdür, respublikaçılar hələlik bir şey edə bilmirlər. ABŞ-ın hazırkı administrasiyası öz səmtinə sadiqdir və Kremli pərişan edən Hillari Klintonun bəyanatından sonra ABŞ-ın Gürcüstandakı səfiri Moskvanın mənfi təəssüratını yumşaltmağa çalışıb.

"ABŞ mövcud fikir ayrılıqlarını Moskva ilə münasibətdə açıq şəkildə dəstəkləyir, bizim bəyanatlar aydındır və ikimənalı xarakter daşımır", - ABŞ-ın Gürcüstandakı səfiri Con Bas deyib.

Bununla yanaşı, amerikalı səfir qeyd edib ki, Moskva və Vaşinqton fikir ayrılıqlarına baxmayaraq, Gürcüstandakı vəziyyətin nizamlanması üçün dialoqu davam etdirməlidirlər.

Bu dialoq artıq iki ildir gedir. ABŞ Rusiyanı dostcasına məzəmmət edir, Moskva isə Abxaziya və Osetiyanı separatçı regionlar hesab etmir və onları ayrıca respublika hesab edir. Gürcüstan üzrə müxtəlif mövqelər tərəflərə müxtəlif sahələrdə, o cümlədən nüvə silahı sahəsində və Barak Obamanın Moskvaya dərin minnətdar olduğu İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı əməkdaşlıq etməyə mane olmur.

Moskva isə öz növbəsində, Vaşinqtona Gürcüstanın NATO-ya qəbulu ilə bağlı fikrə nisbətən soyuq münasibət göstərməyə başladığına görə minnətdardır.

Bundan başqa, "yenidən yüklənmə"nin nəticələri təkcə Vaşinqtonun Gürcüstanın NATO-ya qəbulu ilə bağlı entuziazmı itirməsi deyil, həm də Konqresə Rusiya və ABŞ arasında sülh nüvə enerjisi sahəsində əməkdaşlıq üzrə "123-cü Saziş"in təkrar çıxarılması olub.

2008-ci ildə Buş administrasiyası bu razılaşmanı Gürcüstanda avqustda baş verən və Rusiyanın bilavasitə iştirak etdiyi hadisələr səbəbindən dayandırıb. Lakin Ağ evin 2008-ci ildə reaksiyası bunula kifayətlənməyib. O zaman ABŞ başqa işlərlə məşğul idi.

Lakin əlbəttə ki, Dövlət Departamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi Metyu Brayzanı göndərdilər, Rusiyanın hərəkətlərindən öz narazılıqlarını ifadə etdilər, lakin Moskva ilə münasibətləri böhranlı həddə gətirib çıxarmadılar. Bu zaman artıq dəyişiklik rüzgarı əsdi. Ağ evdə hakimiyyət dəyişikliyinə ilyarımdan az vaxt qalırdı. Seçkiqabağı mübarizə gedirdi. ABŞ-da seçkilərdə demokratların qalib gələcəkləri aydın idi və Buşun "qeyri-proporsional qüvvə tətbiqi"nə tam reaksiya verməyə artıq vaxtı qalmamışdı.

Hazırkı administrasiya isə Ağ evə gəlişindən sonra "yenidən yüklənmə" kursu götürdü və bu kursdan bu günədək dönməyib. Ağ evin nümayəndələri bəyan edirlər ki, Rusiyanın Gürcüstandakı hərəkətləri "123-cü Saziş"in qəbul edilməsini əngəlləmir. Vəziyyətin əvvəlki kimi qaldığı ortaya çıxır, lakin ABŞ ilə Rusiya arasında əməkdaşlıq üçün maneə artıq yoxdur.

Klintonun Gürcüstanda dedikləri isə Prezident Saakaşviliyə hörmətdən başqa bir şey deyil. Axı aydındır ki, Vaşinqton Abxaziya və Cənubi Osetiyanın qaytarılmasının dəqiq planını təqdim etməyə hazır deyil və yalnız bu regionların Gürcüstandan ayrılması faktının yolverilməzliyi haqqında bəyanatlarla kifayətlənir.

Doğrudur, Obamanın prezidentlik dövrünün yarı müddəti artıq arxada qalıb və növbəti seçkilərin Gütrcüstana nə vəd edəcəyi hələ aydın deyil. Ola bilsin ki, Gürcüstanın Vaşinqtonun maraqları orbitinə qayıdışı 2013-cü ildə - Rusiyada hakimiyyətdə artıq yeni prezidentin olacağı vaxt baş versin. Və o zaman "yenidən yüklənmə" ilə bağlı vəziyyətin necə olacağı məlum deyil.

Xəbər lenti

Xəbər lenti