...

İqtisadi və sosial mövzular Aİ və Azərbaycanın assosiativ razılaşma üzrə iyul danışıqlarının əsasını təşkil edir – XİN rəhbərinin müavini

Siyasət Materials 9 İyul 2010 12:23 (UTC +04:00)
İyulun ortalarında Avropa İttifaqı ilə Azərbaycan arasında assosiativ razılaşmanın imzalanması üzrə keçiriləcək danışıqlarda Aİ-nın nümayəndə heyəti iki əsas mövzu - iqtisadi və sosial-humanitar mövzularda çıxışlar təqdim edəcəklər, - bu barədə Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
İqtisadi və sosial mövzular Aİ və Azərbaycanın assosiativ razılaşma üzrə iyul danışıqlarının əsasını təşkil edir – XİN rəhbərinin müavini

Аzərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

İyulun ortalarında Avropa İttifaqı ilə Azərbaycan arasında assosiativ razılaşmanın imzalanması üzrə keçiriləcək danışıqlarda Aİ-nın nümayəndə heyəti iki əsas mövzu - iqtisadi və sosial-humanitar mövzularda çıxışlar təqdim edəcəklər, - bu barədə Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Assosiasiya sazişinin imzalanması haqqında Azərbaycan və Avropa Komissiyası arasında danışıqlar iyulun 16-na planlaşdırılıb.

Danışıqlarda Azərbaycan nümayəndə heyətinə Mahmud Məmmədquliyev, Avropa nümayəndə heyətinə isə Cənubi Qafqaz ölkələri üzrə şöbə müdiri Con Kyaer rəhbərlik edəcək.

Kyaerin rəhbərlik etdiyi departament Avropa qonşuluq siyasəti çərçivəsində fəaliyyət göstərir, Şərqi Avropa və Cənubi Qafqaz ölkələrini, xüsusilə də Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.

Məmmədquliyevin sözlərinə görə, danışıqların gündəliyində fikir mübadilələri dayanır. Aİ-nin təqdim olunmuş sosial-iqtisadi mövzusu ilə yanaşı, Aİ ilə Azərbaycan arasında siyasi dialoqlar və təhlükəsizlik məsələlərinə həsr edilmiş vacib mövzular da nəzərdən keçiriləcək.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin dediyi kimi, danışıqlar Aİ Şurası tərəfindən mayın 10-da üç Cənubi Qafqaz ölkəsi - Ermənistan, Azərbaycan və Gürcüstanla keçirilməsi üzrə təqdim olunmuş mandat əsasında aparılacaq. Onun sözlərinə görə, danışıqlar bir və ya bir il yarım davam edəcək.

Bu günə qədər Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq haqqında bir razılaşma əsasında Avropa İttifaqı ilə əməkdaşlıq edib. Avropa ilə assosiativ sazişin imzalanması Azərbaycan, Gürcüstan və Ermənistan üçün azad ticarət və əhalinin rifahında vasitəyə çevriləcək.

Xəbər lenti

Xəbər lenti