...

Azərbaycandan demokratik dəyərlərin tədricən inkişafını gözləmək olar – analitik Svante Kornel

Siyasət Materials 13 İyul 2010 17:48 (UTC +04:00)
Gənc demokratik ölkə kimi Azərbaycandan Avropa dəyərlərinin əldə olunmasında artan irəliləyişi gözləmək ədalətli olardı, çünki Avropa Şurasının bütün zəruri tələblərinin tam yerinə yetirilməsi üçün vaxt lazımdır.
Azərbaycandan demokratik dəyərlərin tədricən inkişafını gözləmək olar – analitik Svante Kornel

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Y.Ostapenko/

Gənc demokratik ölkə kimi Azərbaycandan Avropa dəyərlərinin əldə olunmasında artan irəliləyişi gözləmək ədalətli olardı, çünki Avropa Şurasının bütün zəruri tələblərinin tam yerinə yetirilməsi üçün vaxt lazımdır. Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun elmi araşdırmalar üzrə direktoru Svante Kornel belə hesab edir.

"Azərbaycanın bir anda bu münasibətdə ən irəli getmiş ölkələrlə bir səviyyədə olmasını heç kim gözləmir və ümumilikdə bunu gözləmək real deyil", - Kornel bu yaxınlarda Britaniyanın "The Guardian" qəzetinin saytının bloqunda yerləşdirilən antiazərbaycan xarakterli məqaləni şərh edərkən bildirib.

"The Guardian" qəzetinin jurnalisti Afua Hirşin "Nə üçün Azərbaycan hələ də Avropa Şurasının tərkibindədir?" başlığı altında gedən məqaləsində ölkədəki demokratiya və insan haqları ilə bağlı vəziyyət son dərəcə kəskin və tənqidi təsvir olunur.

Kornelin fikrincə, Şərqi Avropanın bir sıra ölkələrində uğurlar ikitərəflidir. Azərbaycan bu sahədə müəyyən irəliləyişlərin əldə olunduğu, lakin əvvəlki kimi çoxlu problemlərin mövcud olduğu belə ölkələrdən biridir.

"Güman edirəm ki, analoji vəziyyətin olduğu bir sıra ölkələr mövcud olduğu halda Azərbaycanı ayırmağa [Avropa Şurasına üzv olan digər ölkələrdən] səbəb yoxdur. Buraya Rusiyanı, Ermənistanı və digər dövlətləri daxil etmək olar", - Stokholmdakı Siyasi Təhlükəsizlik və İnkişaf İnstitutunun təsisçisi olan Kornel bildirib.

2001-ci ildə Avropa Şurasının tərkibinə daxil olarkən Azərbaycan öz üzərinə təşkilatın fəaliyyətinin əsas istiqamətləri olan demokratik dəyərlərin inkişafı və əsas insan haqlarının müdafiəsi üzrə öhdəliklər götürüb. Azərbaycanın əldə etdiyi uğurları qiymətləndirmək üçün Avroap Şurasının müxtəlif orqanlarının nümayəndələri mütəmadi olaraq ölkəyə səfərlər edirlər.

Xəbər lenti

Xəbər lenti