...

Azərbaycanın bir neçə müxalifət partiyası birgə mitinq keçirmək barədə qərar qəbul edib

Siyasət Materials 19 İyul 2010 16:45 (UTC +04:00)
Azərbaycanın müxalif Xalq Cəbhəsi, Müsavat partiyaları və Demokratiya Uğrunda İttifaq (DUİ) birgə mitinq keçirmək barədə qərar qəbul edib.
Azərbaycanın bir neçə müxalifət partiyası birgə mitinq keçirmək barədə qərar qəbul edib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Xalq Cəbhəsi, Müsavat partiyaları və Demokratiya Uğrunda İttifaq (DUİ) birgə mitinq keçirmək barədə qərar qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

"Mitinqin vaxtını həm Xalq Cəbhəsi, həm də DUİ ilə razılaşdıracağıq. Bu, ilkin qərardır. Hələ ki, yekun qərar verilməyib. Mitinqin dəqiq vaxtı da müzakirələrdən sonra müəyyənləşdiriləcək", - Hacılı əlavə edib.

Son vaxtlar Azərbaycanın müxalifət partiyaları qadağan olunmuş yerlərdə kütləvi mitinqlər və etiraz aksiyaları keçirməyə cəhd göstərirlər. Müxalifət partiyaları Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) ayırdığı yerlərdə mitinq keçirməkdən imtina edirlər. BŞİH müxalifət partiyalarına aksiyaları Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti