...

Azərbaycan Prezidenti Belçika Kralını təbrik edib

Siyasət Materials 20 İyul 2010 20:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Belçika Kralı II Albertə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Belçika Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Belçika Kralı II Albertə təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Belçika münasibətləri, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - məktubda deyilir.

İlham Əliyev Kral II Albertə ən xoş arzularını yetirib, dost Belçika xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti