...

İspaniya səfiri Gürcüstan azərbaycanlılarının problemləri ilə maraqlanıb

Siyasət Materials 3 Avqust 2010 19:43 (UTC +04:00)
İspaniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Xose Antonio Zorilla çərşənbə axşamı Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) ofisində konqresdə təmsil olunan QHT nümayəndələri ilə görüşüb.
İspaniya səfiri Gürcüstan azərbaycanlılarının problemləri ilə maraqlanıb

Azərbaycan, Bakı, 3 avqust /Trend/

İspaniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Xose Antonio Zorilla çərşənbə axşamı Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) ofisində konqresdə təmsil olunan QHT nümayəndələri ilə görüşüb. Bu barədə Konqresin mətbuat xidmətinin məlumatında deyilir.

Görüşdə GAK sədri Əli Babayev səfirə konqresin fəaliyyəti və gələcəkdə həyata keçirəcəkləri layihələr barədə məlumat verib.

QHT nümayəndələri səfiri Gürcüstanda milli azlıqların hüquq və azadlıqlarının qorunması, mədəniyyət, insan haqları sahəsində mövcud problemlər və əldə olunmuş nailiyyətlər, Gürcüstan-Ermənistan sərhəddində yerləşən bölgədə yaşayan azərbaycanlıların üzləşdiyi problemlər barədə məlumatlandırıb.

Görüşün sonunda ispaniyalı diplomata Kvemo-Kartli bölgəsində fəaliyyət göstərən regional QHT-lərin etnik azərbaycanlıların problemləri barədə hazırladıqları hesabat və məlumat kitabçaları təqdim olunub.

Xəbər lenti

Xəbər lenti