...

Azərbaycan Prezidenti Dövlət bayrağı meydanında tikinti işlərinin tamamlanması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 3 Avqust 2010 20:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti işlərinin tamamlanması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Dövlət bayrağı meydanında tikinti işlərinin tamamlanması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti işlərinin tamamlanması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında başa çatdırılan tikinti-quraşdırma və abadlaşdırma işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti