Türkmənistan, Aşqabad, 12 avqust /Trend, müxbir H.Həsənov/
ABŞ və Türkmənistan narkotiklərə nəzarət və ictimai asayişə kömək üzrə 2001-ci ilin sentyabrında imzalanan mövcud razılaşmaya dördüncü əlavə olaraq, hökumətlərarası razılaşma imzalayıblar. Bu barədə ABŞ Səfirliyi məlumat verib.
Türkmən tərəfdən sənədi Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Amerika tərəfdən ABŞ-ın müvəqqəti işlər vəkili Linn Treysi imzalayıb.
Əlavə "Türkmənistanın hüquq-mühafizə orqanları əməkdaşlarına ingilis dilinin öyrədilməsi" və "Türkmənistanın Dövlət Xidməti üçün narkotiklərlə mübarizə imkanlarının təkmilləşdirilməsi" üzrə layihələrin qüvvədəolma müddətini uzadır.
Türkmənistanın Əfqanıstanla sərhədi var. BMT-nin məlumatlarına görə, oradan narkotik qaçaqmalçılığının böyük həcmi gəlir.