...

Müdafiə silahları Zaqafqaziyada vəziyyətin sabitləşməsinə xələl gətirmir – Rusiya XİN

Siyasət Materials 19 Avqust 2010 11:17 (UTC +04:00)
Rusiya heç vaxt dünyanın bu və ya digər regionuna qeyri-sabitliyə səbəb ola biləcək silah satışları həyata keçirməyəcək. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov Rusiyanın Azərbaycana "S-300" komplekslərinin mümkün satışı haqqında məlumatı şərh edərkən bildirib.
Müdafiə silahları Zaqafqaziyada vəziyyətin sabitləşməsinə xələl gətirmir – Rusiya XİN

Rusiya heç vaxt dünyanın bu və ya digər regionuna qeyri-sabitliyə səbəb ola biləcək silah satışları həyata keçirməyəcək. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov Rusiyanın Azərbaycana "S-300" komplekslərinin mümkün satışı haqqında məlumatı şərh edərkən bildirib.

Lavrov Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib ki, müdafiə silahları vəziyyəti gərginləşdirmir.

Rusiya XİN başçısının sözlərinə görə, hansısa ölkə "S-300" sistemləri alması ilə vəziyyəti gərginləşdirisə,  biz həmin ölkəyə silah tədarük etməyəcəyik. Lakin "S-300" kompleksləri müdafiə silahlarıdır və onların rolu müvafiq ərazini raket hücumlarından qorumaqdan ibarətdir.

Bəzi KİV-in məlumatına görə, Azərbaycanın Müdafiə Nazirliyi və "Rosoboroneksport" Azərbaycana "S-300" raket kompleksinin satışı barədə müqavilə imzalayıblar. Sonralar "Rosoboroneksport" bu məlumatı təkzib edib.

"Rusiyaya gəldikdə, biz "S-300" sistemlərini başqa silah növləri kimi, beynəlxalq hüquq normalarına, bu sahədə üzərimizə götürdüyümüz beynəlxaq öhdəliklərə, eləcə də silah satışı ilə məşğul olan ölkələr arasında ən ciddi olan ixrac üzərində nəzarətə daxili qanunvericiliyə uyğun satırıq", - deyə xarici siyasət idarəsinin başçısı bildirib.

Problemin mahiyyətinə baxmaq lazımdır. Mahiyyət isə ondan ibarətdir ki, söhbət istisnasız olaraq, beynəlxalq müqavilələrə uyğun ixrac olunan müdafiə silahlarından gedir.

"Mən bunda qeyri-sabitlik yaradan amil axtarmazdım", - Lavrov bildirib. Onun sözlərinə görə, kiminsə hücum silahları satmağa cəhd göstərdiyi hallar istisna olmaqla, müdafiə silahları vəziyyəti gərginləşdirmir.

Xəbər lenti

Xəbər lenti