...

ABŞ Gürcüstan polisinə və fövqəladə hallar xidmətinə radiasiya detektorları verəcək

Siyasət Materials 24 Avqust 2010 19:43 (UTC +04:00)
ABŞ-ın Gürcüstandakı səfirliyi ölkəyə 383 min lari məbləğində fərdi radiasiya detektorları verəcək.
ABŞ Gürcüstan polisinə və fövqəladə hallar xidmətinə radiasiya detektorları verəcək

Gürcüstan, Tbilisi, 24 avqust /Trend, müxbir N.Kirsxaliya/

ABŞ-ın Gürcüstandakı səfirliyi ölkəyə 383 min lari məbləğində fərdi radiasiya detektorları verəcək. Trendə ABŞ-ın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, yeni aparatların verilmə mərasimi avqustun 24-də Tbilisi meriyasının fövqəladə hallar xidmətinin binasında baş tutacaq.

Avadanlığın verilməsi ABŞ səfirliyinin "İxracın və sərhədlərin təhlükəsizliyinə nəzarət proqramı" çərçivəsində həyata keçirilir.

Proqram çərçivəsində 21 detektoru Tbilisi meriyasının fövqəladə hallar xidməti alacaq, 71 detektor isə Gürcüstan DİN-in patrul departamentinə veriləcək.

Adıçəkilən xidmətlərin əməkdaşları yeni avadanlığın istifadəsi ilə əlaqədar xüsusi treninqlər keçəcəklər. Fərdi radiasiya detektorları cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub və Gürcüstana radioaktiv maddələrə nəzarət etmək baxımdan üzərinə düşən vəzifələri daha yaxşı yerinə yetirməkdə kömək edəcək.

Gürcüstanda "İxracın və sərhədlərin təhlükəsizliyinə nəzarət proqramı"nın həyata keçirilməsi 2006-cı ildə başlayıb və onun həyata keçirilməsinə artıq 6 milyard dollardan çox vəsait xərclənib.

Xəbər lenti

Xəbər lenti