...

Azərbaycan hərbçiləri Türkiyə və Rusiyanın bir neçə ali hərbi məktəbində təhsil alacaqlar

Siyasət Materials 31 Avqust 2010 12:43 (UTC +04:00)
Hərbçilərimiz havadan təchizat maddələri atma kursuna da qatılacaqlar.
Azərbaycan hərbçiləri Türkiyə və Rusiyanın bir neçə ali hərbi məktəbində təhsil alacaqlar

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hərbçiləri Türkiyə və Rusiyanın bir neçə ali hərbi məktəbində təhsil alacaqlar.

Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə axşamı günü Trend-ə verilən məlumata görə, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, hərbçilərimiz Quru Qoşunları Ali Hərbi Məktəbində, Gülhanə Hərbi Tibb Akademiyasında, Ali Hərbi Təyyarəçilik Məktəbində, Hərbi Dəniz Liseyində, İşıqlar Hava Liseyində, Ali Hərbi Dənizçilik Məktəbində təhsil alacaqlar.

Onlar havadan təchizat maddələri atma kursuna da qatılacaqlar.

Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq planına əsasən, hərbçilərimiz Hava-Kosmik Müdafiəsi Hərbi Akademiyasında, Mixaylov Hərbi Artilleriya Akademiyasında, Omsk Tank Mühəndisliyi İnstitutunda təhsil alacaqlar.

Xəbər lenti

Xəbər lenti