...

Azərbaycan Prezidentinin Özbəkistana səfər planı dəqiqləşib

Siyasət Materials 17 Sentyabr 2010 12:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri sentyabrın 27-28-də baş tutacaq. Bu barədə Trend-ə cümə günü Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşov məlumat verib.
Azərbaycan Prezidentinin  Özbəkistana səfər planı dəqiqləşib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Ü.Sadıqova/

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri sentyabrın 27-28-də baş tutacaq. Bu barədə Trend-ə cümə günü Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşov məlumat verib.

Səfər zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə dair məsələlərin geniş dairəsi müzakirə olunacaq. Diplomat bildirib ki, humanitar, iqtisadi sahələri, iki ölkənin hüquq-mühafizə orqanları arsında əməkdaşlığı, informasiya mübadiləsi və siyasi məsləhətləşmələri əhatə edən ikitərəfli sənədlərin geniş paketinin imzalanması nəzərdə tutulub.

Prezident İlham Əliyevin Özbəkistana səfəri ərəfəsində Daşkənddə XİN-lərarası siyasi məsləhətləşmələr keçiriləcək.

İrqaşov bildirib ki, iki ölkənin ticari-iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın 10-cu iclası da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti