Özbəkistan, Daşkənd, 18 sentyabr /Trend, müxbir D.Əziziov/
Sentyabrın 17-dən 18-nə keçən yerli vaxtla gecə, təxminən, saat 00:20-də 4 bal gücündə yeraltı təkanlar hiss olunub.
Daşkənd Seysmik Stansiyasından verilən məlumata görə, zəlzələnin episentri Daşkənddən 534 kilometr cənub-şərqdəki Hindiquş dağlarında (Əfqanıstan), Əfqanıstan, Pakistan və Tacikistan sərhədində yerləşib. Orada yeraltı təkanların gücü 12 ballıq şkala üzrə 6 bal təşkil edib.
Özbəkistanın cənubundakı Termez şəhərində (Əfqanıstan və Tacikistan sərhədində) zəlzələ 4 bal gücündə olub. Ölənlər və dağıntılar barədə məlumat verilmir.
Özbəkistanda zəlzələ baş verib
Sentyabrın 17-dən 18-nə keçən yerli vaxtla gecə, təxminən, saat 00:20-də 4 bal gücündə yeraltı təkanlar hiss olunub.