Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində çərşənbə axşamı türkiyəli həmkarı Əhməd Davudoğlu tərəfindən Azərbaycan, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri üçün verilən işçi naharda iştirak edib. Məlumatı Azərbaycan XİN-in mətbuat xidməti yayıb.