...

Gürcüstan koloniyasının məhkumları aclıq elan ediblər

Siyasət Materials 25 Sentyabr 2010 10:57 (UTC +04:00)
Tbilisi yaxınlığında yerləşən 7№-li Ksan həbsxanasında məhbuslar cümə günü aclıq elan ediblər. Bu barədə "Qeyri-qanuni məhbuslarla həmrəylik" təşkilatından bildiriblər.
Gürcüstan koloniyasının məhkumları aclıq elan ediblər

Gürcüstan, Tbilisi, 25 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Tbilisi yaxınlığında yerləşən 7№-li Ksan həbsxanasında məhbuslar cümə günü aclıq elan ediblər. Bu barədə "Qeyri-qanuni məhbuslarla həmrəylik" təşkilatından bildiriblər.

Məhbusların yazdığı 16-cı məktubda deyilir ki, koloniya administrasiyası öz hüquqlarını müdafiə etməyə çalışan və kobud rəftara etiraz edən məhbusları cəzalandırır. Məktubda, həmçinin, qeyd olunur ki, məhbuslardan bir neçəsi qəddarcasına döyülüb və bundan sonra aclıq elan etmək qərara alınıb.

"Qeyri-qanuni məhbuslarla həmrəylik" təşkilatının vəkilləri cümə günü səhər Ksan koloniyasına getməyə və məlumatın doğruluğunu yenidən yoxlamağa çalışsalar da, alınmayıb. Bununla bağlı təşkilat Gürcüstanın xalq müdafiəçisi Georgi Tuquşini köməyə çağırır, həmçinin, parlamentin müvafiq komitəsi 7№-li Ksan həbsxanasında məhbusların vəziyyəti ilə maraqlanıb.

Gürcüstan xalq müdafiəçisinin vəzifələrinə ölkə ərazisində insan hüquq və azadlıqlarına müşahidəyə nəzarət, onları pozma faktlarının aşkar olunması, pozulmuş hüquqların bərpasına yardım daxildir.

Xəbər lenti

Xəbər lenti