...

Azərbaycan regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biridir - Barak Obama (YENILƏNİB)

Siyasət Materials 25 Sentyabr 2010 00:31 (UTC +04:00)
Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Barak Obamanın görüşü olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycan regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biridir - Barak Obama (YENILƏNİB)

RED. əlavəsi: Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Barak Obamanın görüşü olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu.

ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğuladı.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, təhlükəsizlik sahələrində əlaqələrimizin regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edildi.

Azərbaycan ilə ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyətinə toxunulan görüşdə Azərbaycanın bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirildi.

Energetika sahəsində ölkələrimiz arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilərək, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə töhfəsi xüsusi qeyd olundu.

Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, problemin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildirdilər.

Prezident İlham Əliyev münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesinə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırdı.

Dövlət başçılarının görüşündə Azərbaycanda demokratik inkişaf prosesləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər də müzakirə edildi.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti