...

Özbəkistan Prezidentinin iqamətgahında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 27 Sentyabr 2010 13:47 (UTC +04:00)
Sentyabrın 27-də Özbəkistan Prezidentinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Özbəkistan Prezidentinin iqamətgahında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 27-də Özbəkistan Prezidentinin iqamətgahında  Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevi iqamətgahın önündə qarşıladı.

Prezidentlər iqamətgaha daxil olaraq, salonda dövlət bayraqları qarşısında xatirə şəkli çəkdirdilər.

Sonra dövlət başçıları iqamətgahın qarşısına gəldilər.

Azərbaycan və Özbəkistan respublikalarının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Prezidentlər hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İslam Kərimov Özbəkistanın yüksək vəzifəli şəxslərini Prezident İlham Əliyevə təqdim etdi.

Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin üzvlərini Prezident İslam Kərimova təqdim etdi.

Prezident İslam Kərimov Özbəkistanda akkreditə olunan diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərlərini Prezident İlham Əliyevə təqdim etdi.

Xəbər lenti

Xəbər lenti