...

Misir Azərbaycanda Suzan Mübarək adına ümumtəhsil məktəbinə dərs vəsaitləri verib

Siyasət Materials 27 Sentyabr 2010 17:02 (UTC +04:00)
Bazar ertəsi Misirin Azərbaycandakı səfiri Əbdülqadir Sabir Mansur Xırdalanda yerləşən Misirin birinci xanımı Suzan Mübarək adına ümumtəhsil məktəbinə ərəb dilinin öyrənilməsi üçün çoxlu sayda dərs vəsaiti verib.
Misir Azərbaycanda Suzan Mübarək adına ümumtəhsil məktəbinə dərs vəsaitləri verib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

Bazar ertəsi Misirin Azərbaycandakı səfiri Əbdülqadir Sabir Mansur Xırdalanda yerləşən Misirin birinci xanımı Suzan Mübarək adına ümumtəhsil məktəbinə ərəb dilinin öyrənilməsi üçün çoxlu sayda dərs vəsaiti verib. Bu barədə səfirliyin məlumatında deyilir.

Abşeron yarımadasında Bakının 10 kilometrliyində yerləşən orta məktəb ərəb dili və ədəbiyyatının dərindən öyrənilməsi ilə məşhurdur. 2005-ci ilin sentyabrında Misirin birinci xanımı Suzan Mübarək Azərbaycana rəsmi səfəri zamanı şəxsən bu məktəbə baş çəkib.

Misir səfiri kitabları bu ölkənin xarici işlər naziri Əhməd Əbülqeytin adından təqdim edib. Bu barədə qərar 2010-cu ilin mayında XİN rəhbərinin Bakıya rəsmi səfəri zamanı qəbul edilib.
Bundan başqa, Misir XİN Abşeron rayon İcra Hakimiyyətinə fironlar II Ramzes, III Tutanhamon, ilahə İsida və tanrı Osirisin heykəllərini verib. Bu heykəllər yaxın vaxtlarda Xırdalandakı Azərbaycan-Misir dostluq parkında qoyulacaqlar.

Xəbər lenti

Xəbər lenti