...

Qırğızıstanın Parlament seçkilərində azərbaycanlı namizədlər lazımi səs toplamayıblar

Siyasət Materials 11 Oktyabr 2010 12:42 (UTC +04:00)
Qırğızıstan Parlament seçkilərinə 5 siyasi partiyadan namizədliyini irəli sürən azərbaycanlılar lazımi səs toplaya bilməyiblər.
Qırğızıstanın Parlament seçkilərində azərbaycanlı namizədlər lazımi səs toplamayıblar

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir S.Ağayeva/

Qırğızıstan Parlament seçkilərinə 5 siyasi partiyadan namizədliyini irəli sürən azərbaycanlılar lazımi səs toplaya bilməyiblər.

"Azərbaycanlıların namizədliyinin irəli sürüldüyü partiyalar 5 faizli maneəni keçə bilməyiblər", - bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Qırğızıstandakı Səfirliyinin müşaviri İlqar Cabbarov deyib.

Qırğızıstanda oktyabrın 10-da təşkil olunmuş Parlament seçkilərində iştirak etmək üçün beş azərbaycanlı ölkənin beş siyasi partiyasından öz namizədliyini irəli sürüb.

Bu - Allahverdiyev Akif (Azərbaycan diasporunun sədri), Allahverdiyev Arif (vəkil), Əbülqasımov Vladimir (Bişkək merinin köməkçisi), Əliyev Fərhad (tələbə) və Hacıyeva Leyladır (Qırğızıstan bankının əməkdaşı). Bu barədə Trend-ə Cabbarov bildirib.

Qırğızıstan qanunvericiliyinə görə, Parlamentin tərkibinə daxil olmaq üçün namizəd partiyalar 5 faizli sərhədi keçməlidirlər.

Statistikaya görə, Qırğızıstanda 20 minə yaxın azərbaycanlı yaşayır.

Hazırda Qırğızıstanda 91 faiz yekun protokol hazırlanıb. Birinci yeri 8,65 faiz səslə"Ata-Yurd" partiyası ("Vətən"), ikinci yeri 8,05 faiz səslə Sosial-Demokratlar Partiyası, üçüncü yeri isə 7,22 faizlə keçmiş Baş nazir Feliks Kulovun rəhbərlik etdiyi "Ar-Namıs" ( "Ləyaqət") partiyası tutur. Dördüncü yerdə 7,05 faiz səslə "Respublika" Partiyası dayanır; beşinci yeri isə 5,88 faiz səslə "Ata-Məkan" ("Ata yurdu") tutur. Faktik olaraq, bütün bu partiyalar Parlamentin tərkibində öz yerlərini tutublar. 4,73 faiz səs toplamış "Vahid Qırğızıstan" Partiyasının liderlərə çatmaq üçün nəzəri şansı var. Beşfaizli sərhədi keçmək üçün bu partiya daha 20 min səs toplamalıdır. By barədə İTAR-TASS məlumat verir.

Qeydiyyata alınmış 2,85 milyon  seçicinin 56,5 faizi Qırğızıstanda Parlament seçkilərində iştirak edib. Jaqorka keneşdə (Parlamentdə) 120 yerə 29 siyasi partiya namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti