...

Rusiya Federasiyası respublikaları ilə vizasız rejim Gürcüstan Prezidentinin "vahid Qafqaz" təşəbbüsünün bir hissəsidir

Siyasət Materials 12 Oktyabr 2010 16:24 (UTC +04:00)
RF tərkibinə daxil olan Şimali Qafqaz respublikaları ilə vizasız rejim Gürcüstan Prezidenti tərəfindən BMT BA-da səsləndirilən "vahid Qafqaz" təşəbbüsünün bir hissəsidir. Bunu Gürcüstan Prezidentinin mətbuat rəhbəri Manana Mancqaladze bugünkü mətbuat konfransında bəyan edib.
Rusiya Federasiyası respublikaları ilə vizasız rejim Gürcüstan Prezidentinin "vahid Qafqaz" təşəbbüsünün bir hissəsidir

Gürcüstan, Tbilisi, 12 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

RF tərkibinə daxil olan Şimali Qafqaz respublikaları ilə vizasız rejim Gürcüstan Prezidenti tərəfindən BMT BA-da səsləndirilən "vahid Qafqaz" təşəbbüsünün bir hissəsidir. Bunu Gürcüstan Prezidentinin mətbuat rəhbəri Manana Mancqaladze bugünkü mətbuat konfransında bəyan edib.

Vizasız rejimdən Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz və Adıgeydə yaşayan vətəndaşlar istifadə edə bilərlər.

"Bir neçə gün əvvəl Gürcüstan Prezidenti BMT Baş Assambleyası çərçivəsində vahid Qafqaz haqqında təşəbbüs səsləndirib və bu qərar məhz göstərilən təşəbbüslə bağlıdır. O, Qafqaz xalqları ilə dialoqun və əsrlik münasibətlərin dərinləşdirilməsinə yönəldilib", - Mancqaladze qeyd edib.

Onun sözlərinə görə, Şimali Qafqaz əhalisi Gürcüstana gəlmək üçün uzun məsafə qət etməli və Moskvadan viza almalı olur. "Bu qərardan sonra yol qısalır. Çünki Şimali Qafqazdan buraxılış məntəqəsinə qədər maksimum iki-üç saat ərzində çatmaq olar. Təhlükəsizliyə gəldikdə, bu məsələ vizanın verilməməsi vasitəsilə deyil, müxtəlif yollarla həll olunacaq", - mətbuat katibi bildirib.

Gürcüstanın dövlət sərhədinin keçilməsinin yeni rejimi Prezident Mixeil Saakaşvilinin 11 oktyabr tarixli sərəncamı əsasında oktyabrın 13-dən tətbiq olunur. Yeni qaydalara görə, sadalanan RF respublikalarının vətəndaşları Gürcüstana vizasız gələcək və ölkədə 90 gün qala biləcəklər.

Xəbər lenti

Xəbər lenti