...

İranda EKO-ya üzv ölkələrin sərhəd-xidmət rəhbərlərinin birinci iclası keçirilir

Siyasət Materials 19 Oktyabr 2010 12:31 (UTC +04:00)
Məlumata əsasən, iclasda narkotik qaçaqmalçılığı, insan alveri və terrorizmlə bağlı məsələlər müzakirə olunacaq.
İranda EKO-ya üzv ölkələrin sərhəd-xidmət rəhbərlərinin birinci iclası keçirilir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranda oktyabrın 19-da İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT-EKO) üzv ölkələrin sərhəd xidmətləri rəhbərlərinin birinci iclası öz işinə başlayıb. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, iclasda narkotik qaçaqmalçılığı, insan alveri və terrorizmlə bağlı məsələlər müzakirə olunacaq.

İclasın keçirilməsində məqsəd, sərhəd xidmətləri arasında təcrübə mübadiləsini, sərhədlərdə sərnişinlərin gediş-gəlişini və turizm şirkətlərinin qarşılıqlı əlaqəsini  asanlaşdırmaq, EKO ölkələri arasında yük daşımalarını sadələşdirməkdir.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İrandan nümayəndələr iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti