...

BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır - Pan Gi Mun

Siyasət Materials 19 Oktyabr 2010 15:21 (UTC +04:00)
BMT münaqişənin sülh yolu ilə həll edilməsi istiqqmətində öz töhfəsini verməyə hazırdır
BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır - Pan Gi Mun

Fransa, Strasburq, 19 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

BMT-nin Baş katibi Pan Gi Mun bəyan edib ki, BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır.

"Bizim bir çox münaqişələrimiz var və bu münaqişələr, eləcə də Dağlıq Qarabağ  münaqişəsi də dialoq və sülh yolu ilə həll edilməlidir. Dağlıq Qarabağ münaqişəsi uzun bir müddətdir ki mövcuddur. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində öz vasitəçilik missiyasını yerinə yetirir. BMT də münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini verməyə hazırdır", - Trend-in məlumatına görə, bu fikirləri çərşənbə axşamı BMT-nin Baş katibi İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 60 illik yubileyinə həsr edilmiş mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair suala cavabında deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti