...

Azərbaycanın xarici işlər naziri Polşanın, Yaponiyanın və Fələstinin Azərbaycana yeni təyin olunmuş səfirlərini qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 20 Oktyabr 2010 19:50 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanı qəbul edib.
Azərbaycanın xarici işlər naziri Polşanın, Yaponiyanın və Fələstinin Azərbaycana yeni təyin olunmuş səfirlərini qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. əlavəsi: Fələstin və Yaponiya səfirlərinin Azərbaycanın xarici işlər naziri tərəfindən qəbul olunması haqqında məlumatlar əlavə olunub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanı qəbul edib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətindən məlumat veriblər.

Etimadnamənin surətini təqdim edən Labenda ölkəmizə səfir təyin olunmasından məmnunluğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq, Polşa-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində, nazir Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə polşalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulayıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstinin Azərbaycana ilk təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı qəbul edib.

Etimadnamənin surətini təqdim edən Əbdülkərim Əbdürrəhman Fələstinin ölkəmizdə ilk səfiri olmasından şərəf duyduğunu qeyd edib. Əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq, Fələstin-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində, nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə fələstinli diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulayıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni qəbul edib.

Etimadnamənin surətini təqdim edən Vatanabe ölkəmizə səfir təyin olunmasından məmnunluğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq, Yaponiya-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində, nazir Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə yaponiyalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti