...

MDB müşahidə missiyasının rəhbəri Azərbaycanın hökumət nümayəndələri ilə görüşlər keçirib

Siyasət Materials 22 Oktyabr 2010 11:25 (UTC +04:00)
MDB-nin icraçı-katibi, İcraiyyə Komitəsi sədrinin müavini Vladimir Qarkun hökumətin, Mərkəzi Seçki Komissiysının, Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşlər keçirib. Həmin görüşlər zamanı Azərbaycan tərəfi missiyanın Azərbaycan Respublikası qanunlarına ciddi əməl etməklə müstəqil, obyektiv və seçki prosesinə müdaxilə etmədən müşahidə həyata keçirəcəyi haqqında məlumatlandırılıb. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
MDB müşahidə missiyasının rəhbəri Azərbaycanın hökumət nümayəndələri ilə görüşlər keçirib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

MDB-nin icraçı-katibi, İcraiyyə Komitəsi sədrinin müavini Vladimir Qarkun hökumətin, Mərkəzi Seçki Komissiysının, Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşlər keçirib. Həmin görüşlər zamanı Azərbaycan tərəfi missiyanın Azərbaycan Respublikası qanunlarına ciddi əməl etməklə müstəqil, obyektiv və seçki prosesinə müdaxilə etmədən müşahidə həyata keçirəcəyi haqqında məlumatlandırılıb. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Azərbaycan hökumətinin dəvəti ilə oktyabrın 18-dən tərkibinə təşkilat qrupunun daxil olduğu birinci müşahidəçilər qrupu Bakıya gəlib və onlar Milli Məclisə deputatlığa seçkilərin monitorinqini aparmağa başlayıblar.

Saytda deyilir ki, missiyanın vəzifəsi azad və demokratik seçkilərin keçirilməsinə kömək etməkdir. Öz növbəsində, MDB-dən olan müşahidəçilər missiyasının nümayəndələri  funksiyalarının yerinə yetirilməsi üçün seçki qanunvericiliyi çərçivəsində zəruri şəraitin yaradılması barədə məlumatlandırılıblar.

Seçki kampaniyasının müşahidə olunması prosesində MDB-dən olan müşahidəçilər missiyası diqqəti uzunmüddətli müşahidələrə yönəldəcək.

Missiyanın qərargahı seçki qanunvericiliyinin təhlilini həyata keçirəcək, seçki prosesinin mərhələlərini müşahidə edəcək, deputatlığa namizədlərin kütləvi informasiya vasitələrində seçkiqabağı kampaniyasının işıqlandırılmasının monitorinqini aparacaq, qısamüddətli müşahidəçilər üçün məlumat-metodiki materiallar hazırlayacaq.

"Missiya üzvləri uzunmüddətli müşahidə çərçivəsində Bakı şəhərində, Neftçalada bir sıra dairə və məntəqə komissiyalarının işi ilə tanış olublar, Milli Məclisə deputatlığa namizədlərin seçicilərlə görüşündə iştirak ediblər. Seçki qanunvericiliyinin pozulması ilə bağlı şikayət və ərizələrə baxmaq səlahiyyətlərinə malik olan respublika orqanları ilə qarşılıqlı fəaliyyət təşkil olunub", - saytda bildirilir.

Missiyanın tərkibinə daxil olan qısamüddətli müşahidəçilər Azərbaycan Respublikasına seçkilərə 3-4 gün qalmış gələcəklər, zəruri təlimatlar alacaq və respublikanın regionlarına səfərlər edəcəklər. Müşahidələrin bütün seçki dairələrini əhatə edəcəyi güman olunur.

Missiyanın tərkibinə MDB üzvü olan dövlətlərin, Belarus və Rusiya İttifaqının parlament toplantısını, MDB İcraiyyə Komitəsini təmsil edən 400-ə yaxın müşahidəçi akkreditə olunub.

Missiyanın formalaşması davam edir.

Xəbər lenti

Xəbər lenti