...

Azərbaycanın xarici siyasəti bütün qonşu dövlətlərlə əməkdaşlığa əsaslanır – XİN başçısı

Siyasət Materials 22 Oktyabr 2010 12:32 (UTC +04:00)
Cənubi Qafqazın üç ölkəsinin münaqişəyə cəlb olunmasını nəzərə alaraq, əməkdaşlıq haqqında danışmaq çətindir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda beynəlxalq münasibətlərə həsr olunmuş "Dəyişən dünyada Cənubi Qafqaz" simpoziumunun açılışında bildirib.
Azərbaycanın xarici siyasəti bütün qonşu dövlətlərlə əməkdaşlığa əsaslanır – XİN başçısı

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Cənubi Qafqazın üç ölkəsinin münaqişəyə cəlb olunmasını nəzərə alaraq, əməkdaşlıq haqqında danışmaq çətindir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda beynəlxalq münasibətlərə həsr olunmuş "Dəyişən dünyada Cənubi Qafqaz" simpoziumunun açılışında bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında həm siyasi, həm də iqtisadi aspektlərdə gözəl münasibətlər yaranıb. Nazir bildirib ki, siyasi nöqteyi-nəzərdən Azərbaycan və Gürcüstanın mövqeləri bir-birlərinə çox yaxındır.

ARDNŞ Gürcüstanda ən iri vergi ödəyicisidir. Nazirin sözlərinə görə, yaxın vaxtlarda bu ödəmələrin artacağı gözlənilir.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan və Gürcüstan neft-qaz sahəsində müxtəlif layihələrdə iştirak edirlər. "2012-ci il Xəzər dənizindən Azərbaycan qazının tədarükü baxımından nisbətən daha önəmli il olacaq".

Məmmədyarovun sözlərinə görə, Azərbaycan Ermənistanın da belə layihələrə qoşulmasını istərdi. " Ümumilikdə, Azərbaycanın xarici siyasəti bütün qonşu dövlətlərlə əməkdaşlığa əsaslanır. Regionda belə yanaşmadan qaçan yeganə ölkə Ermənistandır", - o deyib.

Azərbaycan XİN başçısının fikrincə, region ölkələrindəki gənc nəsil özgə torpaqlarının işğalından işğalçı ölkənin özünün əziyyət çəkdiyini anlayacaq istiqamətdə tərbiyə olunmalıdır. Ermənistan münaqişə olmayacağı və regiondakı siyasi, iqtisadi əlaqələrə cəlb olunacağı halda daha çox şeyə nail ola bilərdi.

Azərbaycanla NATO arasında əməkdaşlığa gəldikdə, XİN başçısının fikrincə, ölkə alyansla möhkəm və sabit münasibətlər qura bilib. "NATO ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinini prioritetidir, lakin inteqrasiya üzv olmaq demək deyil", - Məmmədyarov bildirib.

Xəbər lenti

Xəbər lenti