...

Azərbaycan və Ukraynanın ikitərəfli əlaqələri çox uğurla və dinamik inkişaf edir - Prezident İlham Əliyev

Siyasət Materials 27 Oktyabr 2010 13:29 (UTC +04:00)
Azərbaycan və Ukraynanın ikitərəfli əlaqələri çox uğurla və dinamik inkişaf edir, qarşılıqlı siyasi fəaliyyət çox yüksək səviyyədədir.
Azərbaycan və Ukraynanın ikitərəfli əlaqələri çox uğurla və dinamik inkişaf edir - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan və Ukraynanın ikitərəfli əlaqələri çox uğurla və dinamik inkişaf edir, qarşılıqlı siyasi fəaliyyət çox yüksək səviyyədədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfəri ərəfəsində bir sıra Ukrayna KİV-lərinə müsahibəsində bildirib.

"Uzun illər ərzində, praktik olaraq müstəqillik qazanıldıqdan dərhal sonra ölkələrimiz sıx qarşılıqlı əlaqədədirlər, iqtisadi sahədə ikitərəfli əlaqələr genişlənir və çox yaxşı perspektivlər var. Bizim üçün Ukrayna çox yaxın və dost ölkədir", - İlham Əliyev deyib.

Dövlət başçısı hesab edir ki, belə ənənələri nəzərə alaraq onun səfəri vacib rol oynayacaq. Ukraynanın "Den" (Gün") qəzeti yazır.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, səfər zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyinə bir daha nəzər salacaqlar, əlaqələrin gələcək inkişafı yollarını müəyyən edəcəklər. "Əlbəttə ki,  xüsusilə də böhrandan sonrakı dövrdə qarşılıqlı iqtisadi fəaliyyət məsələləri daha mühüm önəm daşıyır və biz iki ölkənin potensialından istifadə etməklə, bir-birimizi çox fəal tamamlaya, dəstəkləyə bilərik. İqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Ümid edirəm ki, ölkələrimiz arasında həm ikitərəfli, həm də regional səviyyədə, eləcə də beynəlxalq təşkilatlardakı qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın fəal kursu təsdiq olunacaq", - İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti