...

Azərbaycanın müxalifət bloku seçki platformasını ictimaiyyətə təqdim edib

Siyasət Materials 28 Oktyabr 2010 15:24 (UTC +04:00)
"AXCP-Müsavat" siyasi partiyalar blokunun rəhbərləri cümə axşamı keçirdikləri mətbuat konfransında blokun seçki platformasını ictimaiyyətə təqdim ediblər.
Azərbaycanın müxalifət bloku seçki platformasını ictimaiyyətə təqdim edib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T. Hacıyev/

"AXCP-Müsavat" siyasi partiyalar blokunun rəhbərləri cümə axşamı keçirdikləri mətbuat konfransında blokun seçki platformasını ictimaiyyətə təqdim ediblər.

Trend-in məlumatına görə, platforma "Köklü dəyişikliklər naminə" adlanır.

Blokda AXCP, Müsavat partiyaları, blokun siyasi mövqeyini dəstəkləyən ziyalılar, ictimai xadimlər və nüfuzlu siyasətçilər də birləşiblər.

Blok ölkənin konstitusiya, iqtisadi və sosial islahatlarına dair geniş və hərtərəfli proqramlar hazırlayıb.

Bu platforma həmin proqramlarda təsbit olunan əsas ideya və yanaşmaları əks etdirir.

Blokun seçkidəki hədəfləri də müəyyənləşib. Həmin hədəflər sırasına "Qarabağa azadlıq!", "Yoxsullara çörək", "İşsizlərə iş", "İş adamlarına şərait", "Hər bir evə qaz, işıq, su", "Əmanətlər qaytarılsın", "Hər bir vətəndaşın əmlakı toxunulmazdır" və digərləri daxildir.

"AXCP-Müsavat" seçki blokunun Parlament seçkisində 37 namizədi qeydə alınıb.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti