...

Azərbaycandakı seçki məntəqələrinin hamısına bülletenlər paylanılıb - MSK

Siyasət Materials 3 Noyabr 2010 12:50 (UTC +04:00)
Azərbaycandakı demək olar ki, bütün seçki məntəqələrinə artıq seçki bülletenləri paylanılıb.
Azərbaycandakı seçki məntəqələrinin hamısına bülletenlər paylanılıb - MSK

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycandakı demək olar ki, bütün seçki məntəqələrinə artıq seçki bülletenləri paylanılıb. Bu barədə çərşənbə günü Trend-ə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Onun sözlərinə görə, bu gün MSK-nın öncədən hazırladığı təqvim planına əsasən bülletenlərin DSK-lara paylanmasının sonuncu günüdür.

Azərbaycanda 5 milyondan artıq seçki bülleteni çap olunub. Bu da ümumi seçici sayından 3 faiz artıqdır.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti