Azərbaycan Prezidentinin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə dair iclas keçirilib (YENİLƏNİB) (FOTO)

Azərbaycan Prezidentinin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə dair iclas keçirilib (YENİLƏNİB) (FOTO)

RED.əlav.: Dövlət başçısının çıxışı əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə noyabrın 4-də Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunan iclas keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezidenti İlham Əliyev iclasda çıxışı zamanı qeyd edib ki, ölkəmizin nəqliyyat infrastrukturunun yaradılması və genişləndirilməsi ilə bağlı çox işlər görülür. Son illərdə qoyulan investisiyalar hesabına Azərbaycanın nəqliyyat sektoru çox sürətlə və uğurla inkişaf edib.

"Həm Bakıda, həm ölkəmizin müxtəlif bölgələrində yeni müasir nəqliyyat obyektləri tikilir. Dünən Bakıda yeni dəniz ticarət limanının təməl daşı qoyulmuşdur. Liman tikiləndən sonra ölkəmizin nəqliyyat imkanları böyük dərəcədə artacaq, Azərbaycan tranzit imkanlarından daha da böyük səmərə ilə istifadə edəcəkdir. Nəqliyyat sektorunun inkişafı hər bir ölkənin uğurlar qazanması üçün mühüm rol oynayır. Azərbaycanda bu məsələlər həmişə diqqət mərkəzində olmuşdur.
Bugünkü iclas şəhər nəqliyyatının inkişafı ilə bağlı olacaqdır. Xüsusilə, bu gün biz Bakı Metropoliteninin inkişaf proqramını müzakirə edəcəyik. Şəhər nəqliyyatının inkişafı üçün son illər ərzində çox böyük işlər görülmüşdür. Bakıda 170 kilometr yeni yollar salınmış və təmir olunmuşdur, 15 yol ötürücüsü, 30 piyada keçidi tikilmişdir, bəzilərində hələ tikinti davam edir. Bakıda ən müasir standartlara cavab verən nəqliyyatın intellektual idarə edilməsi mərkəzi yaradılır. Mərkəz işə düşəndən sonra əminəm ki, nəqliyyatın tənzimlənməsi prosesi daha da uğurla gedəcəkdir", İlham Əliyev deyib.

Onun sözlərinə görə, şəhər nəqliyyatının inkişafı və müasir standartlara cavab verməsi üçün ölkəmizə 2300-dən çox sərnişin avtobusu gətirilmişdir.

"Bu, həm insanlara daha yaxşı şərait yaradır, həm də ki, tıxac probleminin həlli üçün çox mühüm bir vasitədir. Əgər biz bir neçə il bundan əvvəl Bakıda yeni körpüləri, yol qovşaqlarını, yol ötürücülərini, piyada keçidlərini tikməsəydik, demək olar ki, bu gün Bakıda nəqliyyat tam dayana bilərdi. Çünki şəhərin tarixi mərkəzində yolların o qədər də geniş olmaması problemlər yaradırdı, digər tərəfdən, şəhərə giriş-çıxışlarda dairələr mövcud idi. İndi bu dairələrin, demək olar ki, əksəriyyəti aradan qaldırılıb. O yerlərdə ki, dairələr var idi, bu gün orada ən müasir körpülər, yol ötürücüləri tikilmişdir. Bakıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yol vaxtilə həm çox bərbad vəziyyətdə idi, həm də ki, hər bir dairədə böyük tıxaclar yaranırdı. Pik saatlarda metronun "Əzizbəyov" stansiyasının qarşısındakı dairədə maşınlar yarım saat, qırx, əlli dəqiqə tıxacda dayanırdı. Ondan sonra Sabunçu, daha sonra başqa dairələr gəlirdi. Hər bir dairədə tıxaclar yaranırdı və demək olar ki, şəhər nəqliyyatı iflic vəziyyətinə düşürdü.
Biz bütün lazımi tədbirləri çox vaxtında gördük, çox ciddi maliyyə resursları ayırdıq. Nəqliyyat Nazirliyi bütün bu işləri yüksək peşəkarlıqla, zövqlə icra edir. Körpülərimiz, yol ötürücülərimiz təkcə nəqliyyat infrastrukturu deyil, eyni zamanda, şəhər memarlığı nümunələridir. Onlar xarici görünüşü, dizaynı, gözəlliyi və müasirliyi ilə fərqlənir. Bu gün Bakının mərkəzindən aeroporta və başqa istiqamətlərə getmək üçün artıq dairələrdə gözləmək lazım deyildir. Biz qarşıya məqsəd qoymuşuq ki, ümumiyyətlə, şəhər nəqliyyatının tənzimlənməsi prosesi dünya standartlarına cavab versin. Bu gün yolda işıqforlar da azalır və beləliklə, rahat nəqliyyatın təşkili üçün bütün şərait vardır.
Biz aeroport yolunu iki dəfə genişləndirdik. İndi artıq bəziləri bu işləri unudur. Bu da təbiidir, insanlar yaxşı şəraitə tez öyrəşirlər. Bizim də vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda və Bakıda ən yüksək standartları tətbiq edək ki, vətəndaşlarımız ən qabaqcıl texnologiyalar əsasında yaradılmış şəraitdən istifadə etsinlər. Bu gün aeroport yolu 8 və 12 zolaqlıdır. Digər tərəfdən, yeni aeroport yolu tikilmişdir - Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu yolu. O altızolaqlı beton yol ümumiyyətlə yox idi. Yəni, bütün bu işlər, bir daha demək istəyirəm ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün çox mühüm addımlardır", dövlət başçısı deyib.

Prezident qeyd edib ki, bu gün Bakıda müxtəlif yerlərdə yollar həm təmir olunur, həm də ki, yeniləri tikilir, yeni istiqamətlər açılır.

"Bakı-Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan-Bilgəh-Kürdəxanı-Pirşağı-Sumqayıt yolu tikilməkdədir. Bu da yeni arteriyanın, istiqamətin açılması deməkdir. Həm o bölgədə yerləşən kəndlər bir-biri ilə, həm şəhərlə, həm Sumqayıtla daha da rahat əlaqə saxlayacaqlar, həm də oradan gələcəkdə açılacaq dairəvi yola birbaşa çıxış olacaqdır. Dairəvi yol demək olar ki, hazırdır. Yəqin ki, biz bir neçə gündən sonra dairəvi yolun açılışını da qeyd edəcəyik. Bu da çox nadir və şəhər üçün əvəzolunmaz bir qovşaqdır. Artıq şimal, cənub, qərb istiqamətlərindən hərəkət edən avtomaşınlar şəhərə girmədən o dairəvi yoldan istifadə edəcəkdir. Bu yol da başqa yollar kimi ən yüksək standartlara cavab verir.
Yəni, şəhər nəqliyyatı hər bir böyük, inkişaf edən şəhər üçün prioritet məsələlərdən biridir. Biz bilirik ki, bəzi böyük şəhərlərdə tıxac problemləri artıq çox ciddi fəsadlara gətirib çıxarıbdır. Böyük şəhərlərdə insanlar saatlarla tıxaclarda qalırlar. Bəzi hallarda başqa şəhərə təyyarə ilə uçmaq daha az vaxt tələb edir, nəinki şəhər mərkəzindən aeroporta getmək. Yəni, biz də bu problemlərlə nə vaxtsa üzləşə bilərdik, əgər vaxtında çox ciddi addımlar atmasaydıq. Düzdür, bu məsələlərin həlli üçün çox böyük vəsait lazımdır. Deyə bilərəm ki, magistral yollardan, yəni bölgələrə aparan yollardan fərqli olaraq, şəhər yollarının genişləndirilməsi və yeni yolların yaradılması o qədər də ciddi iqtisadi səmərə vermir. Əlbəttə ki, magistral yollar, hər bir yerə yeni yol çəkilən kimi orada canlanma gedir, iş yerləri açılır, o rayonların imkanları genişlənir. Amma şəhərin içində bu yolların tikintisi sırf sosial xarakter daşıyır ki, Azərbaycan vətəndaşları rahat yollardan istifadə etsinlər. Azərbaycanda və xüsusilə Bakıda yolların keyfiyyəti də ildən-ilə artır, ən yeni texnologiyalar tətbiq olunur. Biz bu işlərlə ən xırda məsələlərə qədər ciddi məşğuluq.
Bakı yollarının əsas problemlərindən biri həm keyfiyyətsizlik idi - vaxtilə bu yollar keyfiyyətsiz tikilmişdi, təmirsiz qalmışdı - həm də çox sayda lyukların mövcudluğu problem yaradırdı. Lyuklar elə qoyulmuşdu ki, maşının təkəri oraya bir neçə dəfə düşəndə demək olar ki, sıradan çıxırdı. Ancaq müasir texnologiya və avadanlıq gətiriləndən sonra indi maşın lyukun üstündən keçəndə bəzi küçələrdə heç hiss olunmur. Biz elə etməliyik ki, şəhərimizin əksər küçələrində gözəl texnologiyalar tətbiq olunsun, bu təcrübə vardır. Əlbəttə ki, bu, böyük vəsait tələb edir. Ancaq biz bunu etməliyik. Çünki bu, şəhərimizin inkişafına xidmət edir, insanların daha da rahat hərəkəti üçün şərait yaradır. Yəni, demək istəyirəm ki, biz bu məqsədlərə böyük vəsait ayırmışıq. Hər il dövlət büdcəsində böyük məbləğdə vəsait ayrılır. Biz bunu gələcəkdə də davam edəcəyik.
Digər tərəfdən, Azərbaycan çox uğurla inkişaf edir, maliyyə resurslarımız böyüyür, iqtisadi imkanlarımız genişlənir. Biz elə etməliyik ki, ölkəmiz ən inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Bunu etmək üçün əlbəttə ki, şəhər infrastrukturunun yüksək standartlara cavab verməsi ən vacib şərtlərdən biridir", İlham Əliyev deyib.

Prezident qeyd edib ki, bugünkü iclas Bakı Metropoliteninin inkişaf planının müzakirəsinə həsr olunub. Bu məsələlər diqqət mərkəzindədir.

"Bakı Metropoliteninin çox böyük tarixi vardır. Sovet İttifaqında Bakı birinci şəhərlərdən idi ki, metro stansiyaları açılmışdır. İlk stansiyalar Bakıda 1967-ci ildə istismara verilmişdir. Ondan sonrakı dövrdə bu proses sürətlə getmişdir. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Bakıda metro stansiyalarının tikintisi çox sürətlə gedirdi. Ancaq Sovet İttifaqı dağılandan sonra əlbəttə ki, bu proseslər dayandı və uzun illər Bakıda metro tikintisi aparılmırdı. Bəzi hallarda əvvəlki dövrdə başlanmış layihələr yavaş-yavaş icra edilirdi. Ancaq əsaslı şəkildə bu məsələ bir qədər diqqətdən kənarda qalmışdı. Bunun da təbii səbəbləri var idi. Çünki müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər dayanmışdı ki, onların həlli bütün səylərin səfərbər olunmasını tələb edirdi. İşsizlik, yoxsulluq, işğaldan əziyyət çəkən soydaşlarımızın məişət problemləri, iqtisadi tənəzzül, sənaye müəssisələrinin dayanması. Yəni iqtisadiyyatın demək olar ki, iflic vəziyyətə düşməsi problemləri qarşımızda dayanırdı. Ona görə biz məhdud maliyyə resurslarından ən vacib məsələlərin həllində istifadə etməyə çalışırdıq. Təbii ki, metronun inkişafına vəsait çatmırdı. İndi vəziyyət başqadır. Bir daha demək istəyirəm ki, indi maliyyə imkanlarımız kifayət qədərdir, biz özümüzü çox rahat, əmin hiss edirik. Belə olan halda, əlbəttə ki, şəhər nəqliyyatının ən ucuz növü olan metro tikintisinə daha da böyük diqqət göstərilir.
Son illər ərzində biz bu işlərin gözəl nəticələrini görürük. 2008-ci ildə metronun "Nəsimi", 2009-cu ildə "Azadlıq prospekti" stansiyaları, "28 May" stansiyasının yeni keçidi istismara verilmişdir. Bu gün bu işlər davam etdirilir, hər il dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulur. İki il bundan əvvəl Bakı Metropoliteninin inkişaf planının hazırlanması üçün mənim tərəfimdən xüsusi Sərəncam imzalanmışdır, vəsait ayrılmışdır və bu gün biz o planın ilkin konturlarını müzakirə edəcəyik", Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, metro şəhər nəqliyyatının 30 faizini təşkil edir. Bakı metrosunda gediş haqqı həm digər nəqliyyat vasitələrindən, eyni zamanda, bütün MDB məkanında olan ölkələrdən ucuzdur. O ki qaldı Avropa şəhərlərinə, fərq bəlkə 10-15 dəfə səviyyəsindədir.

"Yəni biz metro haqlarının aşağı səviyyədə saxlanması ilə bir növ sosial məsələlərin həllinə də öz töhfəmizi vermiş oluruq. Bu gün Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Nəqliyyat sektorunda xidmət göstərən özəl şirkətlər də gəlirlə işləyirlər. Bu təbiidir, çünki bazar iqtisadiyyatı prinsipləri bunu tələb edir. Bizim demək olar ki, bütün başqa dövlət qurumlarımız, dövlət şirkətlərimiz gəlirlə işləyirlər. Əlbəttə, dövlət lazım olan hallarda büdcədən dövlət şirkətlərinin fəaliyyətinin gücləndirilməsi üçün vəsait ayırır. Ancaq gündəlik fəaliyyətdə enerji sektorunda dövlət şirkətlərimiz demək olar ki, bazar iqtisadiyyatı prinsipləri əsasında işləyirlər.

Nəqliyyat sektorunda da, misal üçün, hava nəqliyyatı - dövlət tərəfindən vəsait ayrılır, təyyarələr alınır, yeni aeroportlar tikilir, lazım olan hallarda birdəfəlik qaydada subsidiyalar verilir. Amma bütövlükdə hava nəqliyyatı gəlirlə işləyən bir sahədir. Dəniz nəqliyyatı da həmçinin. Bizim böyük tanker donanmamız vardır. Son illər ərzində dövlət büdcəsi hesabına 12 tanker və quru yük gəmiləri alınmış və Xəzər Dövlət Gəmiçiliyinin tabeliyinə verilmişdir. Bu olmasaydı, əlbəttə ki, gəmiçilik səmərə ilə işləyə bilməzdi. Ancaq bu, birdəfəlik aksiyadır, ondan sonra o tankerlərin istismarı nəticəsində gəmiçilik gəlir əldə edir", İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, metro ilə bağlı məsələ bir qədər fərqlidir. Burada həm dövlət tərəfindən ayrılmış vəsait hesabına yeni stansiyalar tikilir. Bu da çox böyük vəsait tələb edən məsələdir.

"Təkcə bu il metronun inkişafı üçün 200 milyon manata qədər vəsait xərclənibdir və xərclənəcəkdir. Digər tərəfdən, vaqonların alınması dövlət hesabına həll olunur. Son illər ərzində 150-dən çox vaqon alınmışdır və metrodan istifadə edən vətəndaşlar bunu görürlər. Amma bununla bərabər, metronun istismarı da dövlət subsidiyaları əsasında həll olunur. Bizdə metroda gedişhaqqı 15 qəpikdir. Mənə dünən verilən arayışa görə, hər bir sərnişinə xərclənən vəsait 49 qəpikdir, yəni 3 dəfə çoxdur. Yəni bu, birbaşa dövlət tərəfindən ayrılan subsidiyalardır. Mən, sadəcə olaraq, qeyd etmək istəyirəm ki, metro o sahə deyil ki, ora investisiya qoyasan və oradan gəlir gözləyəsən. Metroya qoyulan investisiyalar qayıtmayacaq, bunu biz bilirik. Amma buna baxmayaraq, insanların rahatlığı və şəhər nəqliyyatının tənzimlənməsi üçün biz bunu edirik.
Ölkə qarşısında duran məsələlər hələ çoxdur və elə sahələr var ki, mütləq oraya investisiyalar qoyulmalıdır və qoyulur. Biz əlbəttə ki, bütün maliyyə imkanlarımızdan çox böyük qənaətlə istifadə etməliyik və elə də istifadə edirik. Maksimum çalışırıq ki, bu işlərdə qənaət tətbiq olunsun. Ancaq digər tərəfdən, biz çox yaxşı başa düşürük ki, metronun inkişafı həm insanlara rahatlıq verəcək, həm də ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün mühüm rol oynayacaqdır.
Biz bu gün bu məsələlərlə bağlı danışacağıq", Prezident çıxışında deyib.

İclasda "Azərtunelmetrotikinti" ASC-nin sədri Şaiq Əfəndiyev, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov çıxış ediblər.

Sonra Bakı şəhərində metropoliten şəbəkəsinin prioritet istiqamətləri və bu sahədə həyata keçiriləcək işlərlə bağlı konkret məsələlər ətrafında müzakirələr aparılıb.

Dövlətimizin başçısına Bakı Metropoliteninin inkişaf planının sxemləri və təklif olunan metro xətlərinin çəkilməsi istiqamətləri barədə məlumat verilib.

Prezident bu planın hazırlanması işində iştirak etmiş bütün qurumların fəaliyyətini qiymətləndirdiyini vurğulayıb.
"Bu işə həm yerli qurumlar, həm də ki, xarici şirkətlər cəlb olunub və çox əsaslı, geniş proqram hazırlanıbdır. Bu proqram növbəti 20 ili əhatə edəcəkdir. Bu proqramın icrası böyük vəsait tələb edəcəkdir. Bu gün bu barədə rəqəmlər səsləndi. Amma əgər biz burada göstərilən bütün işləri icra etsək, bir neçə milyard manat investisiya nəzərdə tutulur.
Əlbəttə ki, bu, çox böyük məbləğdir. Biz bu investisiya layihələrini maliyyə imkanlarımızla da bağlamalıyıq. Hər il Dövlət İnvestisiya Proqramında metro tikintisi üçün vəsait nəzərə alınmalıdır. Biz bu böyük, uzunmüddətli proqramı mərhələlərə bölməliyik. Bu barədə təkliflər səsləndi. Birinci mərhələ 2011-2015-ci illəri əhatə etməlidir. Əlbəttə ki, əgər maddi imkanlarımız imkan versə, biz növbəti beşillik proqrama daha böyük işləri sala bilərik. Biz buna da hazır olmalıyıq. Hər halda, bu baş plan bizə belə imkanları verir. Yəni, biz artıq bilirik ki, son mərhələmiz nədən ibarət olacaqdır. Metro inkişafının bütün proqramı müfəssəl hazırlanıbdır. Sadəcə olaraq, mərhələlərə bölüb, prioritetləri müəyyən edib və biz həmin işləri maliyyə imkanlarımızla uzlaşdırmaq yolu ilə görəcəyik.
Bizim niyyətimiz çox açıqdır, aydındır, birmənalıdır ki, Bakıda metro tikintisini sürətlə irəliyə aparaq. Beləliklə, həm şəhər nəqliyyatına böyük dəstək olacaq, həm də insanlar üçün rahat və çox təhlükəsiz nəqliyyat növü imkanlarını genişləndirəcəkdir. Ümumiyyətlə, ümumi inkişafımız üçün bu, çox vacib məsələdir", İlham Əliyev deyib.

Ölkə başçısı qeyd edib ki, bütün bu işlər beynəlxalq təcrübəyə əsaslanaraq edilməlidir.

"Bakıda metro tikintisinin böyük tarixi vardır. Bu barədə mən artıq söylədim. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır. Burada qeyd olundu ki, yeni avadanlıq, maşınlar alınır. Elə etməliyik ki, bu, ən son texnologiyaya uyğun maşınlar olsun. Həm tunelqazma işləri, həm bütün başqa texniki məsələlər yüksək səviyyədə həll olunmalıdır.
Mən sübhə etmirəm ki, bu plan hazırlananda inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınıb. Çünki bu planın hazırlanmasında inkişaf etmiş ölkələrin şirkətləri iştirak ediblər. Bakıda da ən qabaqcıl təcrübə təhlil edilməlidir və tətbiq olunmalıdır", Prezident bildirib.

İlham Əliyev qeyd edib ki, dizayn işlərinə xüsusi diqqət göstərilməlidir. Çünki metro yarandığı gündən, - hər halda sovet məkanında, - eyni zamanda, memarlıq növü, memarlıq nümunəsi idi.

"Bakıda metro stansiyalarının dizaynına çox böyük əhəmiyyət verilirdi. Bu gün biz də bu məsələləri unutmamalıyıq. Biz də çalışırıq ki, yeni stansiyalar gözəl dizaynla fərqlənsin, həm sərnişinlər üçün rahat, həm də gözəl olsun.
Eyni zamanda, əvvəlki illərdə tikilmiş stansiyalarda da yenidənqurma işləri aparırıq. Xüsusilə, "İçərişəhər" stansiyasının həm xarici görünüşü, həm də daxili dizaynı tamamilə yeniləşib və şəhərə əlavə gözəllik verir. İndi "Əzizbəyov" stansiyasında işlər gedir. Orada da çox gözəl memarlıq kompleksi nəzərdə tutulur, eyni zamanda, daxildə də təmir-bərpa işləri aparılır. Biz yeni stansiyaların tikintisində əlbəttə ki, bu məsələləri həmişə nəzərdə saxlayacağıq. Ancaq eyni zamanda, tədricən köhnə stansiyaların təmiri, bərpası, xarici görünüşünün yeniləşməsi məsələləri ilə də məşğul olmalıyıq. Yəqin ki, bu məsələ də İnkişaf Planının bir hissəsi olmalıdır. Yəni, əlavə olunmalıdır ki, həm yeni eskalatorlar, həm təmir-bərpa işləri, lazım gələndə metro stansiyalarının üst konstruksiyalarının dəyişdirilməsi, gözəlləşdirilməsi üçün əlavə vəsait nəzərə alınmalıdır. Çünki bu stansiyalar şəhər memarlığının bir hissəsidir. Şəhərin çox gözəl memarlığı var, həm qədim, həm müasir. Biz bu iki amili nəzərə almalıyıq", dövlət başçısı deyib.

Prezident qeyd edib ki, təhlükəsizlik məsələləri artıq ilin sonuna qədər yekunlaşmalıdır.

"Göstəriş verdim ki, nəinki metro stansiyalarında, bütövlükdə şəhərdə videokameralar quraşdırılsın. Şəhərin müxtəlif yerlərində indi bu videokameralar fəaliyyət göstərir. Həm təhlükəsizlik məsələlərinin həlli üçün bunun böyük əhəmiyyəti vardır, eyni zamanda, bu kameralar vasitəsilə bir neçə cinayətin üstü açılıbdır. Bununla bərabər, yol hərəkətini pozan avtomaşınlar da o kameralar vasitəsilə aşkar olunur.

Biz sözlə, bir daha demək istəyirəm ki, biz böyük işlərin görülməsi üçün bütün gücümüzü səfərbər etmişik. Bir daha demək istəyirəm ki, bu, böyük, uzunmüddətli proqramdır, ən azı 20 ili əhatə edəcəkdir. Çalışmalıyıq ki, 20 il ərzində bax bu gün göstərilən bütün vəzifələr icra olunsun, bu stansiyalar tikilsin. Çox böyük, peşəkarlıq, maliyyə imkanları tələb edən işdir. Əminəm ki, biz bütün bu işləri vaxtında və böyük keyfiyyətlə görəcəyik və şəhər sakinləri üçün yeni, gözəl imkanlar yaradacağıq", İlham Əliyev çıxışında bildirib.

Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Loading Bars
Xəbər lenti
ABŞ-da "Moderna" və "J&J" peyvəndlərinin 3-cu dozasını vurdurlmasına icazə verilib
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Oktyabrın 21-nə USD/AZN rəsmi məzənnəsi
Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DSX-nin Zəngilandakı hərbi hissəsində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar (FOTO/VİDEO)
Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir (FOTO)
Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib
Bakı-Sumqayıt istiqamətində qatarların sayı artırılır (FOTO)
Həbsdə olan jurnalistin cinayət işi məhkəməyə göndərildi
Bakıdakı bal yarmarkası noyabrın 7-dək davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
İran yerli şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Digər respirator xəstəliklər ötən illərlə müqayisədə azalıb - Təyyar Eyvazov
2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı
Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist
Yoluxmalara görə məktəblər bağlana bilərmi? - İnfeksionist açıqladı
Şirvan sakini "patı" ilə yaxalandı
Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA
Koronavirusun simptomları dəyişib - İnfeksionist
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Nazir
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
İranda daha 162 nəfər koronavirusdan ölüb
Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi (FOTO)
Gedik Holdinq Azərbaycanda (FOTO)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Zəngəzurun giriş qapısı Zəngilan (FOTO)
Daha bir universitetdə bir neçə qrup distant təhsilə keçib
Qusar xəstəxanasının direktoru rüşvət alarkən cinayət başında yaxalanıb
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?
Bakıda gəlnini qətlə yetirən qayınataya 18 il həbs cəzası verildi
Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Pandemiya arıçılara mənfi təsir edib - Nazirlik rəsmisi
Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri
Cənubi Koreya sahillərində Çinə məxsus qayıq batıb
Yol polisi Bakıda səkiləri zəbt edən sürücülərə qarşı tədbirlərə başladı (FOTO/VİDEO)
Azərbaycan Xorvatiyadan minaların təmizlənməsi üçün avadanlıqlar alır - Ceyhun Bayramov
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (Turkic.World) layihəsinə qoşuldu (FOTO)
Bütün xəbərlər