...

Azərbaycan və İtaliya səhiyyə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

Siyasət Materials 12 Noyabr 2010 18:00 (UTC +04:00)
Azərbaycan və İtaliyanın Səhiyyə nazirlikləri səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Azərbaycan və İtaliya səhiyyə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və İtaliyanın Səhiyyə nazirlikləri səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən bildiriblər. Memorandumu Oqtay Şirəliyev və İtaliyanın səhiyyə naziri Ferruçio Fazio Azərbaycanın səhiyyə nazirinin İraliyaya səfəri zamanı imzalayıblar.

Azərbaycanın səhiyyə naziri Şirəliyev İtaliyaya səfəri zamanı italiyalı həmkarı ilə tibb sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib.

Şirəliyev İtaliyanın aparıcı onkoloji mərkəzi - Regina Yelena İnstitutuna da baş çəkib və onun fəaliyyəti ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti