...

Gürcüstanın Baş naziri azərbaycanlıları Qurban bayramı münasibətilə təbrik edib

Siyasət Materials 17 Noyabr 2010 17:51 (UTC +04:00)
Gürcüstanın Baş naziri Nika Qiluari azərbaycanlıları Qurban bayramı münasibətilə təbrik edib.
Gürcüstanın Baş naziri azərbaycanlıları Qurban bayramı münasibətilə təbrik edib

Gürcüstan, Tbilisi, 17 noyabr /Trend,müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Nika Qiluari azərbaycanlıları Qurban bayramı münasibətilə təbrik edib.

Hökumət rəhbəri Marneuli şəhərinə gələrək oradakı yerli məscidə baş çəkib və möminləri təbrik edib.

Baş nazirin jurnalistlərə dediyi kimi, bu müsəlman bayramının ənənələri çox maraqlı və mühümdür, belə ki, onun əsas məqsədi yoxsullara yardım göstərməkdir.

"Biz hər il yerli məscidlərə 2,5 min nəfər üçün nəzərdə tutulmuş ərzaq yardımı edirik və məsciddə onu ehtiyacı olanlara paylayırlar", - o deyib.

Kvemo Kartli regionunda sıx şəkildə yaşayan azərbaycanlıların üstünlük təşkil etdiyi Gürcüstan müsəlmanları Qurban bayramını üç gün qeyd edirlər.

Acarıstan müsəlmanlarını, o cümlədən gürcülərini muxtariyyətin rəhbəri Levan Varşalomidze təbrik edib.

Xəbər lenti

Xəbər lenti