...

Azərbaycan Prezidenti NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Lissabona gəlib

Siyasət Materials 19 Noyabr 2010 20:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabona gəlib.
Azərbaycan Prezidenti NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Lissabona gəlib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabona gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Lissabonun beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Portuqaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Xəbər lenti

Xəbər lenti